AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə53/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   49   50   51   52   53   54   55   56   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  45 

Yavaş-yavaş  Həzrət  təskinlik  tapdı.  Hadi  ilə  qabağa  gəlib,  təzim 

etdik,  salam  verdik.  Hadi  icazə  vərəqini  təqdim  etdi.  O,  Əli  (ə)-ın 

imzasını öpüb, vərəqi qəbul etdi. 

Mən  sevincdən  baş-ayaq  vuran  halda  özümü  onun  mübarək 

qədəmlərinə yıxdım. Yeri öpüb, gözümdən şadlıq yaşları axıtdım. 

Byurudu… Necə keçindiniz? 

Ərz etdim… Əlhəmdu lillah, ümidimiz bütün hallarda sizədir və sizə 

olacaq. Siz daha dəyərli yol və böyük vəsiləsiniz. 

Yenidən qədəmlərinə yıxılıb, öpdüm və qalxdım. 

Buyurdu… Bütün bərzəx (ölüm və Qiyamət arası fasilə) aləmlərində 

sizə  şəfaət  (bağışlatmaq)  göstərişi  verilməmişdir.  İşin  sonuna, 

Cəhənnəm səfərinə qədər öz ehtiyatınızla getməlisiniz. Bununla belə, 

bizim  batini  köməklərimiz  sizinlədir.  Lakin  mənim  comərdliyim 

tələb  edir  ki,  dəfələrlə  sizin  kimi  qardaşımın  ziyarətinə  susuz 

gedənləri, ona əza saxlayanları saxlayıb, qoruyaq. 

Bu zaman gördüm ki, az yaşlı bir cavan Həzrət Əbülfəzlin yanında 

əyləşib və günəş tək nur saçır. Bu nurlu çöhrəyə baxmağa taqətimiz 

çatmırdı. Çöhrəsindən cəlal, əzəmət yağırdı. Həzrət onunla təvazö ilə 

danışırdı. Hiss olunurdu ki, bu cavan, Həzrətin nəzərində mühüm və 

dəyərlidir.  Hadidən  onun  haqqında  soruşdum.  Dedi…  Bilmirəm. 

Amma deyəsən, “Həl-əta”nı oxuyan xoş sədalı cavan odur. 

Bizdən qabaqda dayanan adamdan soruşdum. Dedi… Deyəsən, Əli 

Əsğərdir  (Hüseyn  (ə)-ın  kiçik  şəhid  oğlu).  Bu  sözün  sübutu  onun 

nurlu boğazındakı üzük kimi görünən qırmızı xətdir. Bu xətt onun 

boğazına başqa bir zinətdir! 

Dedim…  İntiqam  üçün  ricətimiz  (yenidən  dünyaya  qayıtmağımız) 

çox yaxşı olardı. 

Əbülfəzl (ə) gizli söhbətimizdən xəbərdar olub, buyurdu… İnşallah, 

tezliklə olacaq. 

“Sizi  sevdiyiniz  başqa  bir  nemət  də–Allah  dərgahından  kömək  və 

yaxın qələbə gözləyir.”

44

 

                                                 



44“Səff” surəsi, ayə 13. 


   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin