www.rizvan.net -
İslam Maarifi Jurnalı
51
Üfunət göyə qalxmışdı. Hər leşin başında bir it dəstəsi yığışıb, bir-
biriylə didişir, bir-birlərinə yemək macalı vermirdilər. Axırda hamısı
yorulub yıxılır, leş yerdə qalırdı.
Zorlu, qüvvəli başqa bir dəstə zəifləri qovub, özləri yeməyə
girişirdilər. Bir şey yeməyə macal tapmamış başqaları hücum çəkib,
leşlərin üstündə bir-birlərini parçalayırdılar. Hərə özü üçün
əlləşdiyindən hətta ikisi belə qoşa yola getmirdilər. Səhrada savaş
itlərindən yeddi qoşun vardı.
Dünya bir leşdir, onu istəyənlər, ona məftun olanlarsa bir it! Bəziləri
leşdən yeyəndən sonra ağızlarından tüstü, arxalarından od çıxırdı.
Yeyənlər tənha idi. Çünki bir günə düşürdülər ki, başqa itlər onlara
yaxınlaşmırdı.
Hadi dedi… Bunlar yetim malını yeyənlər və rüşvətxorlardır.
“Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri
qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər.”
45
Dedim… Hadi, bizə tapşırılmışdı ki, Bərəhut səhrasından uzaq
keçək. Deyəsən, yolu səhv salmışıq.
Dedi… Yox, səhv salmamışıq, gördüyün Bərəhutun kənarıdır və
onun həlakedici səmumu bizə çatmaz.
Hirs çölündən çıxıb, su kənarından keçdik və həsəd ərazisinin
kənarına çatdıq.
YA ƏLİ!
Bu səhrada əsas yoldan azca aralı xeyli maşın işləyirdi. Onların
tüstüsü üfüqü qaraltmışdı. Böyük, ağır təkərləri, başqa hissələri olan
bu maşınlar sürətlə hərəkətdə idilər.
Səhra lərzəyə gəlmişdi. Nəhəng təkərlərin səsi guruldayır, qulaq
batırırdı. Qəribə vəlvələ, zəlzələ vardı. Onların hər yeri qara idi.
Maşınlardan biri yola yaxınlaşdı. Cəhalət qara tüstü tək hazır oldu.
Çevrilib arxaya baxanda gördüm ki, Hadi xeyli geridə qalıb. Qaranın
yaxınlaşması ilə Hadinin uzaqlaşmasından qorxuya düşdüm.
45“Nisa” surəsi, ayə 10.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |