www.rizvan.net -
İslam Maarifi Jurnalı
54
üstünə keçirdi. Topuqlarım yorğunluqdan zoqquldayırdı. Nəhayət,
min bir məşəqqətlə o torpaqdan xilas oldum.
VADİYÜS-SƏLAMIN QƏSƏBƏSİNDƏ
Sərin meh əsdi, hava lətif oldu. Çəmənliklər, bulaqlar göründü.
Dərələrdə dağ ağacları, dağların yaşıl, xürrəm zirvələri göz oxşadı.
Bir saat bulaq başında oturub, yorğunluğumuzu çıxardıq.
Hadidən soruşdum… Deyəsən, qara, maşının altında qalıb, həlak
oldu?
Dedi… O, məhv olmaz. Amma burada sənə əli çatmayacaq. Çünki
Bərəhut ərazisindən çox uzaqlaşmışıq. Təkəbbür və xudbinliyin
olmadığı üçün o səhraları və orada bəlaya düşənləri görməyəcəyik.
Vadiyüs-səlamın qəsəbəsinə çatmağımıza çox qalmayıb.
Getdikcə xoşluq, xürrəmlik əsərləri və çəmənliklər, güllər, reyhanlar,
meyvəli ağaclar artırdı. Yaşıl dağlar, bağ-bağat, saf və lətif bulaqlar
göründü. Dağların ətəyində və zirvələrində ağ ipəkdən çoxlu
xeymələr vardı.
Hadi dedi… Bura şəhərin kənarıdır. Şəhər əhalisi bu xeymələrdə
sakindir.
Xeymələrin sütun və mıxları qızıldan, ipləri xam gümüşdən idi.
Xeymələri bir miqdar ötəndən sonra Hadi dedi ki, bir az gözlə, mən
gedib sənin xeyməni təyin edim.
Dedim… Bu yerin adı nədir? Nə xoş suyu, ab-havası var, ruhlu,
reyhanlıdır. İstərdim bir-neçə gün burada qalam.
Dedi… Bura Vadiye-əmin, müqəddəs ərazidir. Bir neçə gün burada
qalmalısan.
Hadi Həzrət Zəhranın (ə.s) hədiyyəsi olan gözdən bir zərf çıxardıb,
zirvədəki xeyməyə tərəf getdi. Hadi xeyməyə çatandan, məktub
oxunandan sonra xeymədən oğlanlar, qızlar çıxıb, mənə tərəf
qaçmağa başladılar. Hadi onlardan sonra gəlib çatdı. Xurcundan
başqa bir zərf çıxardıb dedi… Sən bunlarla xeyməyə gedib, bir az
istirahət et. Mən də gedim şəhərə, sənin üçün mənzil hazırlayım.
Dedim… Hadi, məni qərib, tənha qoyub gedirsən?
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |