DƏVƏ OTARAN NƏ BİLİR DƏRD NƏDİR
Səfiyyə (huriyə) fikrə getmişdi ki, könlümün qəmini necə dağıtsın.
Təəccübünü bildirdi ki, Darüs-sürur qəm, kədər yeri deyil!
Dedim… Özünə əziyyət vermə, kədəri dağıtmaq sənin işin deyil.
Aşiq könlü min bir dərdə səhnədir
Dəvə otaran bilərmi dərd nədir?!
***
Kədər yeri deyil Qüds barigahı,
Fəqət ərşə qalxır qüdsülər ahı.
Qəlbimin sirrini ona demədim. Çünki o anlamazdı. Heç faydası da
yoxdu! Çünki yuxarı aləm əhli hər şeyi tərk etsə də, toxumu torpaqda
gizlənmiş eşqi dərk etməz. Yalnız torpaqdan yaranmış Adəm eşqə
talib və aşiqdir və kədər içində zarıyıb deyir…
İlahi, bir sinə buyur, yandıra
Bu sinədə könül ver, od qaldıra.
***
Donmuş könül bir torpaqdır, bir də su
Qəlb od olsun, sinəm tüstüylə dolu...
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |