www.rizvan.net -
İslam Maarifi Jurnalı
64
Toplansa qəm əhli, inan, bir yerə
Danışıb qəmləri faş edək gərək.
Qəmləri çəkməyə tərəzi gəlsə,
Qəmimiz hamıdan ağır gələcək.
Cavabında dedim…
Könlümün dərdləri hesaba gəlməz,
Bişmiş quşun dərdin bir Allah bilib.
Həbibim, sən fəda olub həmin gün
Qəmdən qurtulmusan, qəm bizə gəlib.
İlahinin danışan kitabı Həzrət Vəliyyi-əsr (12-ci İmam (ə)) buyurur…
“İmam Hüseyn (ə) kömək istəyən zaman dünyada olmadığımdan
ona kömək edib, aşiqlərin son arzularına uyğun hüzurunda fəda ola
bilmədiyimdən həmişə yanıb-yaxılıram.”
Deyirlər, İmam Əsr (ə) ziyarət zamanı cəddi Hüseynə (ə) ərz edir…
“Gecə-gündüz sənin üçün ağlayıram, gözlərimdən yaş yerinə qan
axır.”
Eşq məktəbində sübut olmuşdur ki, məşuqunun hüzurunda fəda
olan aşiq öz arzusunun son dərəcəsinə çatır. Əfsus, həsrət, qəm-qüssə
istəmirlər. Ey Həbib, sən də onlardansan!
Başqa bir dəstənin isə eşqi, süruru, sevinci İmam Zaman (ə)-dır.
Onlar Həzrətə yetişə bilmirlər ki, ona xidmət, yardım edələr, öz
məşuqlarını zalımın çəngindən alalar, Həsrət alovu qəlblərində
şölələnir. Onlar üçün nəinki şərbət dadsızdır, üstəlik onlar yemək
yerinə qəzəbdən ciyərlərini yeyirlər. Biz o qəbildənik.
Ey Həbib! Biz necə sizinlə bərabər, eyni ola bilərik? Haradan sizin
sevinc və şadlığınız bizimki ilə bir olar?
Siz Kərbəlada eşqin şiddətindən meydana üryan girdiniz. Siz öz
ölümünüzə can atdınız. Bu iş səbəbindən eyşiniz dada gəldi,
içdiklərinə ləzzət qatıldı. Biz isə bundan binəsib olduq, bu həsrəti
özümüzlə gora apardıq.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |