www.rizvan.net -
İslam Maarifi Jurnalı
65
Ey Həbib! “Allah yolunda öldürülənləri heç də ölü zənn etmə, onlar
öz Rəblərinin yanıda diri olub, ruzi yeyirlər” ayəsi sənə aiddir, mənə
yox!
Ey Həbib! Sən yeni həyat almısan, mən isə ölüyəm. Sən xoşbəxt
olmusan, biz isə bədbəxt olmuşuq. Məgər sən 12-ci İmamın dünya
xarabalıqlarında qəm-qüssə içində nə çəkdiyindən xəbərdar
deyilsən? Əgər sən də bizim kimi arzunu gora aparsaydın, indi qan
ağlayardın.
Qəlb hakimsə qətlə yetən kəslərə,
Ağlayar ölü yox, diri səslərə.
Əlaqəmiz elə idi ki, bir-birimizin surətini görürdük. Həbibin halı
pozuldu, başını aşağı saldı, gözləri yaşla dolmuş halda zümzümə
etdi…
Alovlanmış quşam öz əhvalımla,
Aləmi odlaram qanadlarımla.
Rəssam bir divara çəksə əksimi,
Dünyalar od tutar bu timsalımla.
Söhbəti kəsib getdi, mən də qayıtdım.
Dostları ilə paylaş: |