www.rizvan.net -
İslam Maarifi Jurnalı
68
intiqamın təxirindən nigaran deyil. Təxirə səbəb məsələlərdə onun
razılığı Bizim razılığımızdan asılıdır. O, Allahın istədiyindən başqa
bir şey istəməz. Amma bu az istedadlı, hövsələsiz dəstə məclis qurub,
qərar çıxarıblar, buna da müəyyən qədər haqları var. Mənim sonsuz
rəhmət və qeyrətimi cuşa gətiriblər. Ona görə də Mənə lazımdır ki,
onların qəlbinin dərdini boşaldam. Çünki onlar Mənim
qonağımdırlar. Ona görə də məlaikələrdən bir dəstə göndərdim ki,
onları Bərəhut çölünə aparsınlar. Düşmənlərin halını görsünlər və
onların əzabından qəlbləri soyusun.
Bu buyuruqlar tamam olandan sonra adamların arasında səliqə, baxış
fərqlərinə görə qarışıqlıq düşdü. Biri dedi… Bərəhut çölünə
getməyək, onsuz da onların əzabda olduqlarını bilirik. Amma
əlimizlə qisas almaq Allahın bizə verdiyi haqdır.
O biri dedi… Bərəhuta getməliyik. Gedib, gəzək, qəlbimiz bir az
təsəlli tapsın. Həm də tam razılıq olmayıbsa, bundan artıq israr etmək
doğru deyil. Çünki dünyada kimlərinsə kəcliyindən bu iş bu
vaxtadək təxirə düşüb. Bizim də hərəkətimiz onu incidər,
qəzəbləndirər.
Bir başqası dedi… Xeyr, Bərəhutu görəndən sonra bu işi davam
etdirmək lazımdır, hər nə olursa olsun, bundan artıq səbrimiz
yoxdur.
O qədər səs-küy salmışdılar ki, deyilən sözləri başa düşmək olmurdu.
Sakitliyə çağırsaq da, faydası olmurdu.
Nəhayət, gözqamaşdıran təmtəraqlı məlaikə dəstəsi gəldi.
Dostları ilə paylaş: |