AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
69
etdilər ki, mən onların yanında nə danışa bilərəm. Məclisə etina
etməyib, əyləşdilər və mən başladım.
Xütbənin bir yerində söhbət məlaikələrdən getdiyindən onlar dizi
üstə dayandılar.
Ey İmam dostları, ümmət yol göstərənləri, bizim Peyğəmbərin Əhli-
beyti zəif olmadıqları halda zülm gördülər və cahil tərbiyə edən
dünyada zalım cahillər onların qapılarını bağladılar. Peyğəmbər
qızının qapısına od vuruldu. Onu qapıyla divar arasında qoyub,
sümüklərini əzdilər. Onun “kimdir mənə yardımçı” çağırşına cavab
verən olmadı. Eləcə də, Hüseyn ibni Əlinin çağırışı cavabsız qaldı.
İndi ki, sədası bizə çatıb, biz “ləbbeyk” deyənlər əlimizdən gələni
əsirgəməməliyik.
Həzrət Haqdan olan bu istəyimizdə dünya və axirət nəzərimizdə
deyil. Dünyada o qədər intizar çəkdik ki, gözlərimiz kor oldu, zühur
günü həsrətini özümüzlə gora apardıq.
İndi də başqa bir məqsədimiz yoxdur. Darbaxışlılar dedilər ki,
məqsədimizdə çox israr etməyək. Məbada, iş çətinliyə düşə. Elə
düşündülər ki, bu xahiş kərim Rəbbimizdən yox, əskik məxluqlar
dərgahındandır. Onlar bilsin ki, pakların əməllərini napakların
əməlləri ilə ölçmək, tutuşdurmaq, müqayisə etmək olmaz. Allah
hamıdan mehribandır. Nalə çəkənlərin ahu-zarı Onu yormaz.
Eləcə də o adamlar ki, dedilər zalımların əzabının tamaşasına
getməyək, bu əməldən tam təsəlli yoxdur, doğru deyil. Çünki bu
əməl Allaha itaətsizlik olar. Getmək lazımdır, özü də tam qüvvə,
döyüş hazırlığı ilə. Əgər döyüşə icazə verilərsə, döyüşək. Məqsədim
orada qalmaq, istəyimizdən əl çəkməmək, muradımıza çatmaqdır.
Min illər çəksə də! Sizlərdən hər kəsdə belə dəmir iradə, ali himmət,
sabit əzm varsa, bizə qoşulsun.
On iki min kişi irəli çıxdı ki, biz hazırıq və iş məqsədə çatmayınca geri
dönmərik.
Mən də minbərdən düşdüm. Min nəfər silahlanmış və ata süvar
olmuşdu. Bayrağı başçının əlinə verib, tapşırdım ki, hər enişdə, hər
yoxuşda “ləbbeyk” və “sədeyk” desinlər. Fikirləşin ki, o iki qərib
İmamı eşidirsiniz, qoy, qanınız cuşa gəlsin.