AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
9
titrədən ildırım səsiylə cənazədən soruşdular… “Mən Rəbbukə?”-
Allahın kimdir?
Qorxu və dəhşətdən dilim-ağzım qurumuşdu. Elə bildim ki, ruhsuz
cənazə onların cavabını verə bilməyəcək və onlar da heç şübhəsiz,
gürzlərlə elə vuracaqlar ki, qəbir alovla dolacaq. Vəsfə gəlməz bu
dəhşətdə, yandırıcı od daha da artacaq. Yaxşısı budur, mən cavab
verim. Çarəsizlərin çarəsi, dara düşənlərin ümidi Haqqa üz tutub,
qəlbimdə dara düşənlərin yardımçısı Əliyyibni Əbi Talibə (ə)
mütəvəssil oldum. (Himayədarlığa çağırmaq, istəyini Allahdan
İmam vasitəsi ilə almaq.)
Onu dost tuturdum, qüdrət və qüvvəsini bütün aləmlərdə,
mənzillərdə nüfuzlu bilirdim. İnsanın huşunu əlindən alan belə
qorxunc, xətərli anlarda Həzrəti çağırmaq kimi bir vasitənin yada
salınması Allahın nemətlərindən, yardımlarındandır.
“İnsanları məst görərsən, hansı ki, onlar məst deyildirlər.”
3
Bu fikir və düşüncə qəlbimə qüvvət verdi, dilim açıldı. Mənim
sükutum çox uzandığından, həmin iki şəxs misilsiz qəzəb və hiddətlə
ikinci dəfə soruşdular… “Allahın kimdir?” Əvvəlkindən yüz dəfə
çətin idi. Qəzəbdən çöhrələri qaralmışdı, gözlərindən od saçırdı.
Gürzləri qaldırıb, vurmağa hazır dayandılar.
Amma mən əvvəlki kimi qorxmurdum. Zəif səslə cavab verdim ki,
mənim məbudum yeganə və oxşarsız Allahdır.
“O Özündən başqa heç bir məbud olmayan, gizlini də, aşkarı da bilən
Allahdır. O, rəhmli və mərhəmətlidir. O, Özündən başqa heç bir
məbud olmayan, (məxluqun) sahibi, müqəddəs və pak, əmin-
amanlıq bəxş edən, məxluqatın qəyyumu və nəzarətçisi, qalib,
hökmü keçən və hər şeyin fövqündə olan Allahdır. Allah
(müşriklərin) Ona qoşduqları şəriklərdən pak və münəzzəhdir.”
4
Dünya həyatında daim hər sübh namazından sonra oxuduğum bu
ayələri onlara dedim ki, Adəm övladının fəzl və kamalsız olduğunu
düşünməsinlər. Axı mələklər ilk gündə insanın yaranışına etiraz edib
3“Həcc” surəsi, ayə 2.
4“Həşr” surəsi, ayə 22, 23.