www.rizvan.net -
İslam Maarifi Jurnalı
11
omasa da bizim yaranışımıza etiraz etmisiniz. Etirazınızı anlayandan
sizdən küskün olmuşam. Hətta əhd etmişəm ki, əgər macalım olsa,
sizdən bunun səbəbini soruşam, heyf ki, bu vəziyyətdə macalım
yoxdur.
Susdum və nə sual verəcəklərini gözlədim. Bir sual vermədilər,
yalnız soruşdular…
BU CAVABLARI HARADAN ÖYRƏNDİN?
Soruşdular… bu cavabları haradan deyirsən və haradan öyrənmisən?
Mən dərin fikrə getdim. Görən qəflət, cəhalət, xəta dünyasında tərtib
etdiyimiz dəlil-sübutlarda maddə, surət, şəraitlə bağlı səhvlər
olmayıb ki? Haradan məlumdur ki, xəyalım azmayıb, dəlillər məntiqi
ölçülərə uyğundur, bu ölçülər özü həqiqidir? Bu ölçüləri yaradan
Ərəstu özü xəta etməyib ki? Mümkündür ki, yalnız o biri aləmdə
səhvlərimizdən xəbərdar olaq.
Tutaq ki, bu dəlillər həqiqidir. Axı bu dəlillərə yalnız və yalnız
korluq, nadanlıq evi olan bu dünyada ehtiyac duyulur. Bu dəlillər əl
ağacı, əsa kimidir. Əsaya kor və ya qaranlığa düşmüş insan
möhtacdır. Amma düşdüyüm aləm həqiqətdir. Bu aləm o qədər işıqlı,
gözlər o qədər itidir ki, əsaya yer yoxdur. Bəs bu şəxslər məndən nə
istəyirdilər? Xudaya, mən bu dünyanın təzə doğulmuşuyam, bura
əhlinin dilini öyrənməmişəm. And verirəm Əliyyibni Əbu Talibin
haqqına, kömək et!
Mən bu fikir və yalvarışda idim ki, qəfildən onların nərəsi ildırım tək
guruldadı… Söylə, dediklərini haradan dedin!
Onlara nəzər saldım. O qədər qəzəbli surətləri vardı ki, gözlər
görməsin! Gözlər çevrilmiş, alov dili tək qırmızı, çöhrələr qara,
tutqun, ağızlar dəvə ağzı tək açılmış, dişlər yekə və sarı, gürzlər
vurmağa hazır, mən isə qorxu və iztirabın şiddətindən bihuş!
Bu halda elə bil ilham aldım və gözlərim qorxudan qapalı, zəif səslə
cavab verdim… Bu bir mətləbdir ki, Allah məni buna hidayət, sövq
edib.
Dedilər… Yat, toy otağında bir bəy yuxusu ilə yat!
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |