www.rizvan.net -
İslam Maarifi Jurnalı
13
Məgər əvvəlinci gündə “Mən sizin Pərvərdigarınız deyiləmmi”-
sualının cavabında hamı “bəli” demədimi? Həqiqətin eynini, Həzrət-
Haqqın rübubiyyət və mənəviyyatını təsdiq etmədilərmi?
Dedim… Bəli, elədir.
Dedi… Maddi dünyada insanlar vəzifələrlə imtahan olunurlar.
Əvvəl gündə bu iqrar sırf dillə olub. Bəziləri bu vəzifələrdən boyun
qaçırıb, imtahandan xalis, saf çıxmırlar. İndi də bu dünyanın ilk
mənzilində həm möminlər, həm də münafiqlər suallara doğru və
həqiqətə uyğun cavab verirlər. Həmin sual axırıncı imtahandır. Qəlbi
əqidə olarsa, cavab verirlər və qurtuluş əldə olunar. Əgər qəlbi iman
olmazsa, cavab verərlər ki, biz camaatdan təqlidlə bu əqidəyə
yetişdik. Qəlbi rabitə, bağlılıq olmazsa, fayda verməz.
Məsumların (ə) xəbərlərində də bu barədə buyurulduğunu özün
bilirsən.
Dedim… İndi yadıma düşdü ki, bu barədə xəbərlərdə varid
olmuşdur. Lakin dəhşət və vəhşət sual zamanı bu mətləbi yadımdan
çıxardı və sən yadıma saldın. Allah məni sənsiz qoymasın. İndi məni
haradan tanıdığını de, axı mənim səninlə tanışlığım yox idi. İndi
görürəm ki, sənə olan ifrat eşqdən səndən uzaqlığı özümə həlakət
görürəm.
Dedi…
Mən
əvvəldən
səninlə
olmuşam,
mehr-məhəbbət
bəsləmişəm. Lakin sən məni hiss etmirdin. Çünki maddi dünyada
sənin gözlərin bu qədər görmürdü.
Mən sənin Əliyyibni Əbu Talib və Peyğəmbər Əhli-beytinə olan
məhəbbət və əlaqənin nəticəsiyəm. Onların səndəki hidayətinin
təzahürüyəm (qabiliyyətincə). Bu səbəbdən adım Hadidir. Əlbəttə,
sənin üçün. O isə bütün pərhizkarların, təqvalıların Hadisidir.
“Bu kitabda heç bir şəkk yoxdur və o, bütün təqvalıların rəhbəridir.”
6
Mən sənin həmin qırılmaz ipə (“Ürvətül-vüsqa”ya) can atmağın,
sığınmağınam.
6“Bəqərə” surəsi, ayə 2.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |