QƏFƏSDƏ SIXINTI
Hadi dedi… Mən gedirəm. Sən bir az istirahət etməlisən. Mən sənə
tapşırılmış həmin ilahi əmanətəm. Quran qissələr və mənim
əhvalatlarımla zəngindir. Əfsus ki, bu qədər Quran oxumaqla belə,
yenə də mənə qarşı tanımamazlıq göstərirsiniz. Xudahafiz.
Elə ki, tək qaldım, öz halım və Hadinin bəyanları barədə dərin fikrə
daldım. Gördüm ki, doğrudan da, maddi dünyada insanın halı,
rəftarları bir yuxudur. Elə ki, ayılırıq, elə sanki yuxu aydın şəkildə
yozulur. Zülqərneynin zülmətdəki kəlamı… “Hər kəs bu daşdan
götürsə, işıqlığa çıxanda peşiman olacaq və hər kəs götürməsə, yenə
də peşiman olacaqdır.” Buradakı kinayə insanın dünya və axirətdəki
halına işarədir… hər kəs bir ölçüdə təəssüflənəcək. “Əfsus ki, Allahın
dərgahında təqsir etdim.”
10
7“Bəqərə” surəsi ayə 254.
8“Ali-imran” surəsi, ayə 18.
9“Bəqərə” surəsi, ayə 57.
10“Zümər” surəsi, ayə 56.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |