AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə16/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   12   13   14   15   16   17   18   19   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  15 

Amma  indiki  peşimanlığın  faydası  yoxduræ  artıq  tövbə  qapısı 

bağlanmışdır. 

Bu  fikir,  qəm-qüssə  və  iztirabda  ikən  məni  yuxu  apardı.  Çox 

keçməmiş  biri  xoş  surətli,  digəri  isə  bəd  qiyafəli  iki  nəfərin  birinin 

sağ, o birinin isə sol tərəfimdə oturduğunu hiss etdim. 

Əzalarımı  başdan-ayağadək  ayrı-ayrı  iyləyirdilər.  Əllərindəki 

kağızda nə isə yazırdılar. Bir kiçik, bir böyük qutu gətirdilər. Onlara 

nəsə yığır və ağızlarını möhürləyirdilər. Qəlb, xəyal, göz, dil, qulaq 

kimi  əzaları  təkrar-təkrar  qoxulayır  və  bir-birləri  ilə  pıçıldaşırdılar. 

İkinci,  üçüncü  dəfə  qoxulayır,  sonra  nə  isə  yazır,  qutulara 

yerləşdirirdilər. 

Hərəkətsiz dayanmışdım ki, oyaq olduğumu hiss etməsinlər. Lakin 

mənim  gəlir  və  çıxarlarımı  təftişlərindəki  ciddiyyətdən  anladım  ki, 

yaxşı və pis əməllərimi qeyd edirlər. Hiss etdim ki, həmin xoş surətli 

fərd  mənim  xeyirxahımdır.  Bir-birləriylə  pıçıltı  və  söhbətlərindən 

məlum  olurdu  ki,  o,  mənim  tövbəmin,  hansısa  yaxşı  əməlimin  pis 

əməli  sildiyini  dəlil  gətirib,  bəzi  pis  əməllərimi  qeyd  etməyə 

qoymurdu.  Axı  ikisi  də  misi  qızıla  çevirir.  Bu  cəhətinə  görə  onu 

sevdim. 


İşlərini  qurtarıb  yazdıqlarını  lülə  şəklində  burub,  boynumdan 

asdılar. Ağzı bağlı qutuları bir kisəyə yerləşdirib, başımın üzərində 

qoydular,  Sonra  bədənimin  ölçüsündə  yeddi  ərintidən  hazırlanmış 

qəfəs  gətirib,  məni  onda  yerləşdirdilər.  Onun  yivlərini,  yaylarını 

sıxdılar, bərkitdilər. Yavaş-yavaş qəfəs daraldı. Elə bir həddə çatdı ki, 

məni  sıxdı,  nəfəsim  kəsildi,  səsimi  çıxara  bilmədim.  Onlar,  qəfəs 

bədənimin formasını alanadək yivləri sıxdılar. Qəfəs kiçik samavar 

təndirdi  tək  daraldı.  Bütün  sümüklərim  qırılıb,  xırdalaşdı. 

Bədənimdən qara neft tək yağ çıxırdı. Huşum başımdan çıxdı, heç nə 

dərk etmədim. 

 

 

 



 

 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin