www.rizvan.net -
İslam Maarifi Jurnalı
16
HADİNİN İZAHLARI
Bir müddət sonra ayıldım. Hadi başımı dizləri üstə almışdı. Dedim…
Hadi, bağışla, ayağa durmağa halım yoxdur. Bu ədəbsizliyə görə üzr
istəyirəm. Əzalarım qırılıb, rahat nəfəs ala bilmirəm.
Sözüm qırıq-qırıq, səsim zəif, göz yaşlarım cari idi. Elə bil, Hadinin
ayrılığından gileyli idim ki, o olmayanda ilk sıxıntını gördüm.
Hadi təsəlli üçün dedi… Gördüyün çətinliklər bu aləmin ilk
mənzilinin zərurətlərindəndir. Hamı buna mübtəla olur və təkcə sənə
aid deyil. El ilə gələn bəla bayramdır. Hər nə oldu, keçdi.
Ümid var, bundan sonra sənin üçün belə çətinliklər qarşıya çıxmasın.
Həm də ki, bu aləmin bütün çətinlikləri sizin özünüzdəndir. Yeddi
ərintidən hazırlandığını güman etdiyin qəfəsin tərkibi insanın pis
əxlaqındandır. Bu əxlaq öz qəzəb dişiylə ətrafdakıları əridib, maddi
dünyada insan ruhunu bürüyüb. Bu dünyada da qəfəs şəklində zahir
olub. İnsanın pis əxlaqının əsli üç şey olduğundan qəfəs min
ərintidən də ola bilər…
Birincisi, tamah, özünü sevmək, özünü bəyənmək, paxıllıqdır ki,
insanı behiştdən çıxardı.
İkincisi, şeytanı Allah dərgahından qovulmuşlardan etdi.
Üçüncüsü, Qabili Cəhənnəmə apardı.
Lakin bu üç rəzil xasiyyət min qol budaq atır. İnsan üçün az-
çoxluğunun xeyli fərqi vardır.
Hadi şirin söhbət əsnasında əlini mənim əzalarıma çəkir, bununla da
əzilmiş əzalar düzəlir, dərdlər şəfa tapırdı. Onun mehribançılığından
vücuduma qüvvət, yeni bir həyat üfürülürdü.
Çöhrəm, əzalarım bulanıqlıq və küdurətdən paklanmışdı, şəffaflıq,
işıq almışdı. Anladım ki, həmin sıxıntılar insanın paklanması
üçündür. Bulanıqlıq, küdurət, şər bu sıxıntılar vasitəsi ilə çıxarılırmış.
Qara neftə oxşarı yada salın. İmamların (ə) təbirincə, ana südü
burundan gələr. Amma südün əsli heyz qanıdır və bu qan qara və
murdarlar qismindəndir. Qara, çirkin görünməsi uyğun gəlir.
Hadi dedi… Kisəni aç, görüm nə var.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |