www.rizvan.net -
İslam Maarifi Jurnalı
17
Ağzı bağlı qutuları gördüm. Bəzisinin üstündə “filan mənzilin
ehtiyatı”, bəzisində “filan mənzilin xətər və çətinliyi” yazılmışdı.
Müəyyən mənzillərə aid qovluqlar yerində açılmalı və məqsədi
bilinməli idi.
Soruşdum… Bu qutu nədir? Dedi… Çirkin və gözəl əməllərinin baş
verdiyi ömür saatları, günləri, gecələridir. O vaxtlar ötdükdən sonra
sədəf tək ağzı çırtladı və əməlləri mıncıq tək boynunda saxladı. İndi
isə ağzı bağlı qutu surətində gəlib.
Dedim… Boynumdan asılan nədir?
Dedi… Əməl naməndir. İşin sonunda, hesab günü xərcin, gəlirin
hesabı təsnif olunacaq. Bu dünyada hələ ki, gərəyin deyil.
“Biz hər insanın əməl naməsini boynundan asar və Qiyamət günü bu
namə açıq şəkildə qarşısına qoyular.”
11
Dostları ilə paylaş: |