www.rizvan.net -
İslam Maarifi Jurnalı
2
Bu kitabdakı hekayət bir insan haqqındadır ki, maddi və mənəvi
dərd-ələmli torpaq dünyasına “get” deyib başqa bir dünyaya
pərvazlanıb. Bu şəxsin başqa ölülərdən fərqi onun danışan dilidir. Bu
dil ölümdən sonra açılmış və bizim də gözlərimizə ölümdən sonrakı
aləmlərdən bacalar açmışdır.
Yazıçı bu kitabda gördüklərini, eşitdiklərini, vücudu ilə hiss
etdiklərini özünə hekayət edir. O, burada özündən bir şey ixtira
etməmiş, uydurmamış, yanlışlığa getməmişdir ki, Allah eləməmiş,
özü yolunu aza və müsahibini də sapdıra. Əksinə, bu cərəyanların
fikir bünövrəsini zəngin İslam mədənəyyətinin əsasları, Qurani
Kərim ayələri, mötəbər rəvayətlər bütün əsər boyu izləyir. İsmət,
günahsızlıq yalnız Peyğəmbər (s.ə.v.v) və onun pak ailəsinə layiq
olduğundan, sair insanlar səhv və xətasız deyildir. Bu kitabın da bəzi
sətirlərində müəyyən mətləblər nəzərə çarpırdı ki, müəllifin şəxsi
zövq və səliqəsindən doğur. Dəqiq oxucu, elmi təhlil və onların
sübutu məqsədində olmamalıdır. Çünki hətta dəqiq və dəlilli bir
insan da həqiqətlərin bəyanı və əqidənin izharı üçün öz şəxsi
səliqəsinə əsaslanmış mətləblərin bəyanına məcburdur. Bununla
belə, iddia etmək olar ki, ümumi qaydadan istisna olmayan bu
kitabda oxucunun yanılmasına, çaşmasına səbəb olacaq mətləblər
gözə dəymir. Lətif və könüloxşayan tərzdə həqiqətlərin bəyanına
sadiqanə baş vurmuş müəllifin mütaliə olunmaq dəyəri vardır.
Bu kitabı bütün həqiqət axtaranlara, həyatını yaxşılıqlar ağuşu,
insaniyyətin təravətli çəmənzarı etmək istəyən etiqadlı insanlara
təqdim edirik. Ümid edirik ki, bu yaxşılıq ağaclarının fidanlarının
əkinində azca da olmuş olsa, bizim də rolumuz olacaqdır.
Dostları ilə paylaş: |