www.rizvan.net -
İslam Maarifi Jurnalı
22
ki, “l” hərfinin tələffüzündə süstlük edib. Mən ehtiyat üçün “əleykə”
deməklə kifayətləndim. Soruşdum… Məqsədiniz hara getməkdir?
Dedi… Səninləyəm.
Hansı ki, mənimlə olmasına razı deyildim. Ondan bərk
qorxmuşdum. Soruşdum… Adın nədir?
Dedi… Səninlə bir doğulmuşam, adım cəhalətdir, ləqəbim pozğun,
ayamam Əbül-hövl (qorxu, təlatüm atası)! İşim fitnə-fəsad
törətməkdir.
Bu dəhşətli adların hər biri məni qorxutdu. Düşündüm ki, əcəb
yoldaş tapdım, heyf deyildimi tənhalıq. Soruşdum… İki yol ayrıcına
çatsaq, lazım olanını tanıyacaqsanmı?
Dedi… Bilmərəm.
Dedim… Mən susamışam, yaxınlıqda su varmı?
Dedi… Bilmərəm.
Dedim… Mənzilə çox qalıb, yoxsa az?
Dedi… Bilmərəm.
Dedim… Var olmaq bilməklə eynidir, nə üçün bilmirsən?
Dedi… Onu bilirəm ki, ömrünün əvvəlindən kölgə tək səninlə
gəzmişəm və Allahın tovfiqi, köməyi olmasa, səndən ayrılası
deyiləm.
Öz-özümə dedim… Deyəsən bu həmin şeytandır ki, vəsvəsələri,
yoldan azdıran pıçıltıları ilə xətalar etmişdim. Xudaya, əcəb
düşmənlə rastlaşdım, rəhm et!
Mən qabaqda gedirdim. O isə on addım aralı arxamca gəlirdi. Yol
üzüyuxarı idi. Dağın başına çatdım, istirahət üçün oturdum. Cəhalət
mənə çatıb dedi… Yorulmusan. İndi hər beş fərsəx (bir fərsəx altı
kilometrdir) yolu sənin üçün bir fərsəx edərəm ki, mənzilə tez
çatasan.
Dedim… Görünür, bu nadanlığınla yanaşı möcüzən də varmış.
Dedi… Gəl yolun ağlığına bax. Kaman tək qövs şəklindədir. Onun
uzunluğu beş fərsəxdir. Bu qövsün vətəri (qövsün uc nöqtələrini
birləşdirən parça) kamanın ipi yerindədir. Özün fikirləş ki, kamanın
ipi onun özündən nə qədər qısadır. Həndəsəyə görə qövs çevrənin
yarsından böyük olduqca vətər qısalır. Biz bu qövs şəklində olan
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |