www.rizvan.net -
İslam Maarifi Jurnalı
23
yolun vətəri ilə kəsə getsək, baş yola qədər bir fərsəxdən artıq olmaz.
Hansı ki, baş yol özü beş fərsəxdir. Ağıllı adam qısa yolu qoyub,
uzunu seçməz.
Dedim… Baş yol gediş-gəlişin çoxluğuna görə baş yol olub. Bəs bu
uzun yolu seçən adamlar dəlimi olublar? Aqillər deyiblər ki, yolu
yolçular kimi ket.
Dedi… Necə də ağılsızsan! Axmaq şairi aqillərdən sayırsan və özünü
ona tabe edirsən. Hansı ki, onun səhv etdiyini özün də görürsən.
Sözsüz ki, o yolu seçmiş yolçuların malı, yükü, arvad-uşağı,
nəqliyyatı və s. olub. Bu kəsə yolun, vətərin başlanğıcındakı çökəklik
onlara mane olub. Amma mən və sən kimi yurdsuzlara bu faydalı
yolu tərk etməyə nə mane ola bilər?
Mən axmaq onu xeyirxah bilib, dərə ilə enməyə başladım. Digər
tərəfdən yuxarı qalxdıq. Dərə ilə bir az getməmişdik ki, daha dərin
bir dərəyə, onun ardınca əvvəlkindən də dərininə düşdük. Hamısı
tikanla, daş-kəsəklə, yırtıcılarla, sürünənlərlə dolu. Hava şiddətli isti,
dil-dodaq qurumuş, yorğunluqdan ağız açılı, ayaqlar yaralı, ürək
qorxudan lərzədə, bir yandan da düşmənin məsxərəsi! Cəhalət
istehzayla mənə gülürdü.
Dostları ilə paylaş: |