ƏBU CƏHLİN QARPIZLARI
Uzun müddətdən sonra, min bir əzabla baş yola çatdıq. Hər addımı
bəlalarla dolu on fərsəx yol gəlmişdik. Oturub dincələndən sonra,
Cəhalətə qarşı olan dərin nifrətlə dedim… Ey kaş səndən şərqlə qərb
arası qədər uzaq olaydım!
O da məndən kənarda durdu. Qalxıb yola düşdüm. Bir yandan
susuzluq, bir yandan da yorğunluq! Cəhalət də uzaqdan-uzağa
ardımca gəlirdi. Yoldan dörddə bir fərsəx aralı çəmənlik var idi. Bu
yerdə Cəhalətin hiylə caynağına keçə bilərdim. Özünü qaçaraq mənə
çatdırdı və dedi… Orada su var, əgər susamısansa, gedək su içək.
Nə qədər cəhd etdimsə qulaq asmayım, susuzluq və yorğunluqdan
təslim oldum. Yəqin ki, su olmasaydı ot bitməzdi. Amma çəmənliyə
yaxınlaşanda gördüm ki, burada heç zaman su olmayıb. O qədər daş-
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |