www.rizvan.net -
İslam Maarifi Jurnalı
27
nemətlər dünyada qısa müddət ibadət və bəndəlik müqabilində əta
olunmuşdur.”
18
Qısası, bu şəhərdə bütün hiss üzvlərimiz öz ləzzətli qidasını aldı.
Ləzzətli xörəklər, xoş ətirlər, gözəl təsvirlər, şirin nəğmələr,
ağzımızın, burnumuzun, gözümüzün, qulağımızın qidası oldu.
Xəyalımız nalayiq düşüncələrdən uzaq, qəlbimiz şad, lətif hurilər
qoynunda!
“Belə bir gün üçün çalışmaq lazımdır.”
19
“Tələsin xeyir işlərə” (həyyə əla xəyril əməl) məzmununda hərəkət
işarəsi verildi. Torbalarımızı dalımıza alıb, yola düşdük. İki yol
ayrıcına çatdıq. Xaraba kəndin yolu da buraya birləşirdi.
Düşmənlərimiz qara tüstü tək ətrafımızda göründülər. Oradakı
müvəkkildən soruşdum… Mümkündürmü ki, bu qaralar bizimlə
olmasınlar?
Dedi… Bunlar sizin heyvani nəfslərinizdirlər. Şəhvət və qəzəb
qüvvəsinə malikdirlər. Sizdən ayrılmaları mümkün deyil. Lakin
onların rəngləri müxtəlifdir-xalis qara, ağ-qara, xalis ağ. Adları da
müxtəlifdir-əmmarə, ləvvamə, mütməinnə. Ağ mütməinnə sizin
üçün çox xeyirlidir və onunla ali dərəcələri fəth edərsiniz. Bu Allahın
sizə verdiyi nemətdir. Lakin siz öz küfrləriniz ilə ondan məhrum
olmusunuz. Nə iş görmüsünüzsə, maddi dünyada görmüsünüz.
Əkdiyiniz toxumları orada əkmisiniz. Bu bahar fəslində böyüyüb boy
atması sizin ixtiyarınızda deyil.
“Onu bitirən sizsiniz, yoxsa Biz”?!
20
Nalə çəkən özündən çəkir, başqasından yox!
Dostları ilə paylaş: |