www.rizvan.net -
İslam Maarifi Jurnalı
33
məqsədinə çatar. “Allahın rəhmətindən naümid olmayın. Allah
bütün günahları bağışlayandır.”
25
Ailəmlə görüşə getdim. Gördüm mənim vaxtımda olan vəziyyət
əksinə olub. Nə evdən bayıra çıxırlar, nə də kimsə onları yada salır.
Güzəranları pisləşib, uşaqlar pərişan olublar. Onların halına qəlbim
ağrıdı və dua etdim ki, Xudaya, onlara və mənə rəhm et. Ailəm də
asudə zamanlarını yada salıb, mənə rəhmət oxudular. Hadinin
yanına qayıtdım.
HURİYYƏ İLƏ GÖRÜŞ
Qəsrin qabağında daş-qaşla bəzədilmiş, qızıl yüyən-yəhərli bir at
dayanmışdı. Hadidən soruşdum ki, bu at kimindir?
Gülümsünüb, dedi… Ailən sənin üçün göndərib. Bu, göndərilən
rəhmətdir ki, at surətinə düşüb. Bu mənzillərdə, xüsusilə piyada
getməyin məşəqqətli olduğu birinci mənzildə atla, süvari getmək çox
yaxşıdır. Sənin də öz ailən haqqındakı duan qəbul olundu. Bundan
sonra onlar rifah və asayişdə yaşayacaqlar. Görürsənmi, sənin
getməyin hamı üçün xeyirli oldu. İnsanlar qəflət dünyasında çox vaxt
bir-birləri ilə əlaqə saxlamağın üstünlüklərindən xəbərsiz olurlar.
Ona görə də Peyğəmbər (s.ə.v.v) bu mövzuda təkid edib,
buyurmuşdur… “Üç gün keçə və bir-birlərinin halını soruşmasalar,
onların arasında iman qardaşlığı telləri qırılar.”
Bir hücrəyə daxil olduq. Çöhrəsinin nuru hücrəni işıqlandırmış, göz
oxşayan bir huriyyə taxt üstə oturmuşdu.
Hadi dedi… Bu sənə əqd olunmuşdur. Bu gecə Vadiyüs-səlamdan
sənin üçün gəlmişdir.
Hadi hücrədən çıxdı. Mən huriyyəyə yaxınlaşdım. O, ehtiram
göstərib, ayağa qalxdı, əlimi öpdü.
Yanaşı əyləşdik. Dedim… Öz əsl-nəcabətini söylə və mənə necə əqd
olunduğunu bəyan et.
25“Zümər” surəsi, ayə 53.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |