BAXIN ZİNAKARLARIN HALINA!
Hadi gəldi və bildirdi ki, hərəkət etməliyik. Qalxıb, ata mindim.
Əsanı əlimə alıb, qalxanı çiynimə saldım. Hadi icazə sənədini mənə
verdi və hərəkətə başladıq. Şəhərin hüdudlarından çıxan kimi palçıq
və bataqlığa düşdük. Yolun hər iki tərəfi heyvanlarla, meymunlarla
doluydu. Amma hamısı insan idi-nə bədənlərində tük vardı, nə
quyruqları vardı. Boyları hündür idi. Çöhrələri meymun çöhrəsiydi.
Fərclərindən (cinsiyyət üzvlərindən) çirk və qan qaynayıb tökülürdü.
Hadidən soruşdum… Bura haradır və iyrənclikləri insan qəlbini
bulandıran, nəfəsi kəsən bu heyvanlar nədir?
Dedi… Bura şəhvət diyarı, gördüklərin isə zinakarlardır. Yoldan
çıxma, ilişərsən.
Məni dəhşət bürüdü. Atın cilovundan bərk-bərk yapışdım ki, yoldan
çıxmasın. Yol düz və hamar olsa da, o qədər palçıqlı idi ki, arabir at
dizinədək batırdı. Fikirləşdim ki, nə yaxşı, bu mənzildə mənə at
verilib. Allah ailəmə rəhmət etsin ki, onu mənim üçün göndərdilər.
And olsun Allaha, doğru buyurublar ki, hər kəs evlənsə, dininin
yarısını hifz edib.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |