AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə44/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   40   41   42   43   44   45   46   47   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  37 

Hadi dedi… O dünyaya aid hökm idi. “La ilahə illəllah” əhli zahirən 

möhtərəm idi. Amma burada cəza günüdür. 

Ucadan  təşəkkür  etmək  lazımdır  ki,  ilahi  əzaba  mübtəla  olanların 

qəm-qüssələri  artsın,  bütün  örtülülər  tədricən  zahir  olsun.  Elə  bil, 

qaranlıqdan  işığa,  korluqdan  görməyə,  yuxudan  oyaqlığa  gedirik. 

Dünya qaranlıq və kədər içindədir. 

“Həqiqətən, şübhəsiz, axirət evi əbədi həyatdır.”

29

 

Birdən  bəlalar  artdı,  yer  şiddətlə  silkələndi,  hava  tutuldu,  zülmət 



çökdü,  göydən  dolu  tək  daş  yağmağa  başladı.  Yolun  iki  tərəfində 

böyük fırtına qopdu. Fırtınaya düşənlər qorxunc sifətdə, təlaş içində 

yandırıcı  palçıqdan  qurtulan  kimi  göydən  ələnən  daşlar  başlarına 

dəyir və yenidən mıx tək torpağa sancılırdılar. 

Mən bu dəhşətli mənzərənin seyrindən fövqəl-adə heyrətdə yıxıldım. 

Bədənim əsirdi. 

Hadidən  soruşdum…  Bura  haradır,  bu  bədbəxtlər  kimdirlər  ki,  bu 

qədər ağır əzaba düçar olublar? 

Daşlar  göydən  elə  şiddətlə  yağırdı  ki,  Hadi  başım  üzərində 

dayanmış, qorxudan rəngi qaçmış, qüvvəsi sarsılmışdı. 

Cavab verdi… Bu həmin şəhvət yeridir. Burada əzab çəkənlər livat 

(bir-biri  ilə  cinsi  əlaqədə  olan  kişilər)  əhlidir.  Tələs,  bunların 

arasından tezliklə çıxaq. Əgər bir kəs bir dəstə adamın hərəkətinə razı 

olsa, onların arasına daxil olsa və oradan çıxmasa, həmin adamlardan 

hesab olunacaq. 

Dedi… İnsan şəhvətindən bu hala düşmüş yolun ortasındakı palçıq 

elə yapışqandır ki, ata sürətlə getməyə macal verməz. 

Dedi… Çarə yoxdur. Qalxanı başına tut ki, sənə daş dəyməsin. Atına 

da bir-iki qırmanc çək, bəlkə, ilahi yardımla bu bəladan xilas olduq. 

“Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəsiniz?”

30

 

Bu bəla ərazisindən çıxıb, qurtulmağa iki fərsəxdən çox qalmamışdı. 



Mən qüvvəmi toplayıb, ata bir neçə şallaq çəkdim, üzəngiylə arxasına 

                                                 

29“Ənkəbut” surəsi, ayə 64. 

30“Nisa” surəsi, ayə 97. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin