AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə47/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   43   44   45   46   47   48   49   50   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  39 

Atdan  yıxılanda  yerə  dəyib,  əzilmişdim.  Hadi  torbadan  dərman 

çıxardıb, bədənimə sürtdü. Ağrılarım keçdi, gümrahlaşdım. 

Hadidən  bu  dərman  haqqında  soruşdum.  Dedi…  Dünyada  ilahi 

nemətlər müqabilində oxuduğun həmdin batini idi. 

Çünki    həmd  oxumaq  dünyada  ölümdən  başqa  bütün  dərdlərin 

dərmanıdır.  Axirətdə  isə  həmdin  batini,  nemətləri  həqiqi  xeyirxah 

tərəfindən  bilmək,  buna  yəqinliyin  olmasıdır.  O,  bütün  dərdlərin 

davasıdır. 

“Bəndəm  Mənə  təşəkkür  və  sitayiş  etdi  və  ona  verilən  nemətlərin 

Mənim  tərəfimdən  olduğunu  anladı.  Ey  mələklər!  Mən  sizi  şahid 

tuturam  ki,  onun  üçün  dünya  nemətlərinə  əlavə  olaraq  axirət 

nemətləri  də  artırılacaqdır.  Dünya  bəlalarının  qarşısını  aldığımız 

kimi axirət bəlalarını da ondan dəf edəcəyik.”

33

 

Sübh hərəkət etdik. Hadi dedi… Axır ki, bu gün şəhvət ərazisindən 



çıxırıq. Bu günkü şəhvət dil ilə bağlıdır. Bu günkü dil bəlaları heç də 

cinsiyyət  üzvlərinin  bəlalarından  kiçik  deyil.  Bu  ərazi  quraqlıqdır, 

atla  su  aparmalıyıq.  Özün  imkan  daxilində  piyada  gəl.  Qalxanı  da 

götür, bu gün mühüm bir gündür. 

Soruşdum… Bu qalxan haradandır? 

Dedi…  Sənin  oruc  tutub,  ac  qalmağındandır.  Sən  oruc  tutmaqla 

cinsiyyət  üzvlərini  şəhvətdən  qorumusan.  Oruc  Cəhənnəm  oduna 

qalxan və şəhvətlərin qırıcısıdır. 

Yola  düşdük.  Cəhalət  yenə  peyda  oldu.  Dedim…  Məlun,  məndən 

uzaq ol! 

Dedi… Sən məndən uzaq ol! 

Ondan  bir  neçə  addım  uzaqlaşıb,  Hadi  ilə  yanaşı  yoluma  davam 

etdim.  Cəhalət  yolun  solu  ilə  gəlirdi.  Yolun  hər  iki  tərəfi  müxtəlif 

vəhşilərlə–sarı  və  göy  rəngli  it,  canavar,  tülkü,  meymun  surətli 

canlılarla  və  bir-birləri  ilə  didişən,  bir-birlərini  gəmirən  əqrəb,  arı, 

siçovul  surətli  canlılarla  dolu  idi.  Onların  bəzilərinin  ağzından, 

qulaqlarından  od  püskürürdü.  Bəzi  nöqtələrdə  ilğım  görünür,  bu 

canlılar ona tərəf cumurdular. Amma məyus olub geri qayıdırdılar. 

                                                 

33Hədisi-qüdsi. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin