www.rizvan.net -
İslam Maarifi Jurnalı
43
Əllərində Cənnət bulağından dolu piyalələr, qədəhlər–o şərabdan
başları ağrımaz və keflənməzlər–bəyənib seçdikləri meyvələrlə,
istədikləri hər cür quş əti ilə onların dövrəsində hərlənəcəklər. İri
gözlü qəşəng hurilər də vardır. O hurilər sanki sədəf içində gizlənmiş
incidirlər. Onlar (bu nemətlərə) etdikləri yaxşı əməllər müqabilində
nail olacaqlar. Onlar Cənnətdə nə boş söz, nə də günaha bais olan bir
şey eşidəcəklər. Eşitdikləri söz salam və yenə də salam olacaqdır.”
42
Yeyib-içdikdən sonra taxtlarda uzanıb, bir az istirahət etdik. Bir saat
ötməmiş insanın huşunu başından alan musiqi səsi ucaldı. Birdən
naz-qəmzəli Hicaz ləhnində “Həl-əta” surəsinin tilavəti başladı. Bu
dilruba səsə ehtiram əlaməti olaraq, başqa səslər kəsildi. Mən özümü
yatmış göstərirdim ki, Hadi bir söz deməsin, Qurana qulaq asa bilək.
Tilavət sona çatdı. Mən qalxıb, oturdum. Hadi də qalxdı. Ondan
şəhərin adını soruşdum. Dedi… Darüs-sürurun kəndlərindən biridir.
Dedim… Fəda olum o məmləkətə ki, onun kəndi belədir. Görən
paytaxtı necə olacaq? Bəs o mübarək surəni oxuyan kim idi? Qəlbimi
yerindən oynatdı. Bu surəni dünyada olanda çox sevirdim. Xüsusilə,
bu ruhani dünyada könüloxşayan səslə bizə yeni həyat verən,
xəyalımızı təzələyən həmin qareni (Quran oxuyanı) tanımalı,
görməliyəm.
Hadi dedi… Bilmirəm, amma bu məmləkətin böyüyü müsafirlər
həddi aşanda buraya gəlir. Biz də imza üçün icazə kağızını ona
çatdırmalıyıq. Ola bilsin ki, o səsin sahibi də onunla gəlsin. Bəlkə
orada onu gördük.
Dedim… Hadi, ola bilərmi ki, o imza etməsin? Əgər o imtina etsə,
necə olacaq?
Dedi… Ağıla görə bu mümkündür. Bu halda aydındır ki, işimiz çətin
olacaq. Amma çətin ki, imzalamaya. Hər halda bu sualı öz batininə
ver.
“Hər kəs özünü daha yaxşı görür, tanıyır.”
43
42“Vaqiə” surəsi, ayə 15, 26.
43“Qiyamət” surəsi, ayə 14.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |