İKİ SURƏ ƏVƏZİNƏ İKİ HƏDİYYƏ
Gördüm ki, Hadi at gətirib, üstünə xurcun bağlayıb, tərpənməyə
hazırlaşır.
Dedim… Bu xurcun hardandır?
Dedi… Bir mələk gətirdi. Dedi ki, bir gözündəki hədiyyə Həzrət
Zəhradan (ə.s) ona məxsus “Duxan” surəsinin tilavəti səbəbindən, o
biri gözündəki hədiyyə isə Əliyyibni Əbu Talibdən (ə) ona məxsus
“Həl-əta” surəsinin tilavətinə görə göndərilib.
Tapşırıblar ki, Bərəhutdan lap uzaq yolla gedək, onun səmum küləyi
bizi tutub, təsir etməsin.
Dedim… Hadi, biz xurcunun ağzını açıb, onların hədiyyəsini görə
bilmərik?
Dedi… Bu, yolun ehtiyaclarındandır. Nə zaman ehtiyacımız olsa,
onda açılacaq. İstəyirsən hərəkətə başlayaq?
Dedim… Nə gözəl səadət!
Ata süvar oldum, yola düşdük.
Yol arası Hirs torpağına çatdıq. Çirkin it şəklində, üfunətli, bəzisi kök,
bəzisi arıq, bəzisi qotur bir tayfayla rastlaşdıq. Səhra leşlə dolu idi.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |