AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə61/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   57   58   59   60   61   62   63   64   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  51 

Üfunət göyə qalxmışdı. Hər leşin başında bir it dəstəsi yığışıb, bir-

biriylə didişir, bir-birlərinə yemək macalı vermirdilər. Axırda hamısı 

yorulub yıxılır, leş yerdə qalırdı. 

Zorlu,  qüvvəli  başqa  bir  dəstə  zəifləri  qovub,  özləri  yeməyə 

girişirdilər. Bir şey yeməyə macal tapmamış başqaları hücum çəkib, 

leşlərin  üstündə  bir-birlərini  parçalayırdılar.  Hərə  özü  üçün 

əlləşdiyindən  hətta  ikisi  belə  qoşa  yola  getmirdilər.  Səhrada  savaş 

itlərindən yeddi qoşun vardı. 

Dünya bir leşdir, onu istəyənlər, ona məftun olanlarsa bir it! Bəziləri 

leşdən  yeyəndən  sonra  ağızlarından  tüstü,  arxalarından  od  çıxırdı. 

Yeyənlər tənha idi. Çünki bir günə düşürdülər ki, başqa itlər onlara 

yaxınlaşmırdı. 

Hadi dedi… Bunlar yetim malını yeyənlər və rüşvətxorlardır. 

“Həqiqətən,  yetimlərin  mallarını  haqsızlıqla  yeyənlərin  yedikləri 

qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə girəcəklər.”

45

 

Dedim…  Hadi,  bizə  tapşırılmışdı  ki,  Bərəhut  səhrasından  uzaq 



keçək. Deyəsən, yolu səhv salmışıq. 

Dedi…  Yox,  səhv  salmamışıq,  gördüyün  Bərəhutun  kənarıdır  və 

onun həlakedici səmumu bizə çatmaz. 

Hirs  çölündən  çıxıb,  su  kənarından  keçdik  və  həsəd  ərazisinin 

kənarına çatdıq. 

 

YA ƏLİ! 

 

Bu  səhrada  əsas  yoldan  azca  aralı  xeyli  maşın  işləyirdi.  Onların 



tüstüsü üfüqü qaraltmışdı. Böyük, ağır təkərləri, başqa hissələri olan 

bu maşınlar sürətlə hərəkətdə idilər. 

Səhra  lərzəyə  gəlmişdi.  Nəhəng  təkərlərin  səsi  guruldayır,  qulaq 

batırırdı.  Qəribə  vəlvələ,  zəlzələ  vardı.  Onların  hər  yeri  qara  idi. 

Maşınlardan biri yola yaxınlaşdı. Cəhalət qara tüstü tək hazır oldu. 

Çevrilib arxaya baxanda gördüm ki, Hadi xeyli geridə qalıb. Qaranın 

yaxınlaşması ilə Hadinin uzaqlaşmasından qorxuya düşdüm. 

                                                 

45“Nisa” surəsi, ayə 10. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin