www.rizvan.net -
İslam Maarifi Jurnalı
52
Qara dedi… Bu yaxındakı maşına bax. Hələ dünyada belə bir şey
görünməyib.
Ürəyimdən dayanıb baxmaq keçsə də, qaradan xeyir görmədiyimdən
qulaq asmayıb, atı çapdım. “Fələq” surəsini oxuyurdum.
Qara dedi… Ay bədbəxt, “Qul əuzu”nu dünyada oxuyub, əməl
etmək lazım idi. İndi ki, etməmisən, burada nə faydası var?
Dünyada div idin, indisə quzu,
Yaman duzsuz oldu burda “əuzu”
(“Qul əuzu”–”sığınıram”, “pənah aparıram” mənasını verir-müt.)
Qorxum daha da artdı. Qara qabağa düşüb, bir təpənin arxasında
gözdən itdi. Mən onun əlindən asudə olmaq gümanı ilə fikirləşirdim
ki, nə üçün Hadi bu qədər uzaqlaşıb? Və mənə çatmır? Qəfildən qara
vəhşi bir görkəmdə koğuşdan çıxdı. At hürküb, yoldan kənarlaşdı və
həmin maşının yanında yerə dəydi. Mən də yıxıldım, əzalarım əzilib
hissini itirdi. Elə bil əjdaha tək məni udmaq fikrindəydilər.
Yarıqlarından mənə tərəf od püskürürdü. Xəbis qara məni məsxərəyə
qoyub, gülür, rəqs edirdi və deyirdi… Ey bədbəxt həsədçil! Hansı bir
alim həsəddən qurtulub? Bu neçə mənzildə əlimdən çıxmaqla
ciyərimi qana döndərmisən. Elə bilirdin, daha oxum qalmayıb? İndi
dad! İnşallah, qurtuluş tapmayacaqsan.
Zəif də olsam, onun məsxərəsindən qanım cuşa gəldi. Uca səslə
çağırdım… Ya Əli! Gördüm ki, məni dövrəyə alıb, işimi bitirmək üzrə
olan maşınlar pərən-pərən olub, üz tutdular qaçmağa. Arabir bir-
birlərinə dəyib parçalanırdılar. Qaçmaq istəyən qara, bir maşının
altına qaldı, sümükləri xıncım-xıncım oldu. Günahkarın məkr və
hiyləsi öz başında çatlar.
Dedim… Əcəb məsxərəyə qoyursan bizi!
“Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi sizin kimi
məsxərəyə qoyacağıq.”
46
46“Hud” surəsi, ayə 48.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |