AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə64/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   60   61   62   63   64   65   66   67   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  54 

üstünə keçirdi. Topuqlarım yorğunluqdan zoqquldayırdı. Nəhayət, 

min bir məşəqqətlə o torpaqdan xilas oldum. 

  

VADİYÜS-SƏLAMIN QƏSƏBƏSİNDƏ 

 

Sərin  meh  əsdi,  hava  lətif  oldu.  Çəmənliklər,  bulaqlar  göründü. 



Dərələrdə dağ ağacları, dağların yaşıl, xürrəm zirvələri göz oxşadı. 

Bir saat bulaq başında oturub, yorğunluğumuzu çıxardıq. 

Hadidən  soruşdum…  Deyəsən,  qara,  maşının  altında  qalıb,  həlak 

oldu? 


Dedi…  O,  məhv  olmaz.  Amma burada  sənə  əli  çatmayacaq.  Çünki 

Bərəhut  ərazisindən  çox  uzaqlaşmışıq.  Təkəbbür  və  xudbinliyin 

olmadığı üçün o səhraları və orada bəlaya düşənləri görməyəcəyik. 

Vadiyüs-səlamın qəsəbəsinə çatmağımıza çox qalmayıb. 

Getdikcə xoşluq, xürrəmlik əsərləri və çəmənliklər, güllər, reyhanlar, 

meyvəli ağaclar artırdı. Yaşıl dağlar, bağ-bağat, saf və lətif bulaqlar 

göründü.  Dağların  ətəyində  və  zirvələrində  ağ  ipəkdən  çoxlu 

xeymələr vardı. 

Hadi  dedi…  Bura  şəhərin  kənarıdır.  Şəhər  əhalisi  bu  xeymələrdə 

sakindir. 

Xeymələrin sütun və mıxları qızıldan, ipləri xam gümüşdən idi. 

Xeymələri bir miqdar ötəndən sonra Hadi dedi ki, bir az gözlə, mən 

gedib sənin xeyməni təyin edim. 

Dedim…  Bu  yerin  adı  nədir?  Nə  xoş  suyu,  ab-havası  var,  ruhlu, 

reyhanlıdır. İstərdim bir-neçə gün burada qalam. 

Dedi… Bura Vadiye-əmin, müqəddəs ərazidir. Bir neçə gün burada 

qalmalısan. 

Hadi Həzrət Zəhranın (ə.s) hədiyyəsi olan gözdən bir zərf çıxardıb, 

zirvədəki  xeyməyə  tərəf  getdi.  Hadi  xeyməyə  çatandan,  məktub 

oxunandan  sonra  xeymədən  oğlanlar,  qızlar  çıxıb,  mənə  tərəf 

qaçmağa  başladılar.  Hadi  onlardan  sonra  gəlib  çatdı.  Xurcundan 

başqa  bir  zərf  çıxardıb  dedi…  Sən  bunlarla  xeyməyə  gedib,  bir  az 

istirahət et. Mən də gedim şəhərə, sənin üçün mənzil hazırlayım. 

Dedim… Hadi, məni qərib, tənha qoyub gedirsən? 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin