AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə65/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   61   62   63   64   65   66   67   68   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  55 

Dedi… Mən sənin xeyrin üçün gedirəm. Bura sənin vətənindir və o 

xeymədə sənin munisin olacaq. 

“Çadırlara gözlərini dikmiş hurilər vardır. Belə olduqda, Rəbbinizin 

hansı nemətlərini yalan saya bilərsiniz?! Onlara ərlərindən əvvəl heç 

bir ins-cinn toxunmamışdır.”

48

 

Hadi  bunu  deyib, pərvaz  etdi.  Mən  xidmətçilərlə  xeyməyə  gəldim. 



Taxt üstə bir huriyə oturmuşdu. Məni görüb qalxdı, qarşıladı. Günəş 

tək işıqlı bir qulam xam gümüşdən kuzə və ləyənlə içəri daxil oldu. 

Əl-üzümü  yudu.  Sudan  müşk,  gülab  iyi  qalxırdı.  Sonra  güzgüyə 

baxıb,  özümü  cəlallı,  camallı,  mənə  əqd  olmuş  huriyədən  qat-qat 

gözəl gördüm. Bu səbəbdən mənim ondan üstünlüyüm aydınlaşdı. 

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər.”

49

 

Hər ikimiz taxt üstə əyləşdik. Xeymənin beş sütunu vardı. Orta sütun 



o  birilərdən  böyükdü  və  qızıldan,  cəvahiratdan  hazırlanmışdı. 

Huriyənin biliyini yoxlamaq üçün soruşdum… Bu xeymənin nə üçün 

beş sütunu var? 

Dedi…  Bu  dağlarda  olan  bütün  xeymələrin  beş  sütunu  var.  Çünki 

İslam beş sütun üstündə bərqərardır…  namaz, oruc, həcc, zəkat və 

vilayət.  Vilayət  o  birilərindən  əfzəldir.  Ortadakı  sütun  vilayətdir, 

xeymə onun üstə dayanır. 

Dedim… Mən elə fikirləşirdim ki, bu sütunların hər biri Peyğəmbər 

ailəsindən bir nəfərin adına bağlıdır. 

Dedi… Onlar Əhli-beyt üsuludurlar (kök), burada olanlar isə fürudur 

(budaq),  o  nurun  kölgəsidir.  Vücudun  bütün  aləmləri  və  onlarda 

olanlar hamısı uyğun və bir-birindən surətdirlər. Fərqləri zəiflik və 

şiddətdə, kök və budaqlıqda, nur və ya şüalıqdadır. İnsanın bütün bu 

aləmlərə  yolu  var və  bütün  mərtəbələrə  yetişə  bilər,  bütün  aləmlər 

silsiləsinin  başı,  bütün  bu  şərhlərin  mətni  olar.  İnsan  toplanmış 

vücud,  Allah  adlarının  (ismullah)  zühur  yeri,  Allah  xəlifəsi  olmaq 

imkanı var. 

 

                                                 



48“Ərrəhman” surəsi, ayə 72-74. 

49“Nisa” surəsi, ayə 34. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin