www.rizvan.net -
İslam Maarifi Jurnalı
7
BƏDƏNİMİZ BİR PƏRDƏDİR
Tamamilə aydındır ki, təbiət aləminin maddi cismi insanın gözünə
çökmüş qalın hicab, keçilməz və möhkəm pərdədir. Yalnız ölmək, bu
maddi dünyadan çıxmaqla bu pərdə kənara çəkilə bilər və insan bu
vaxtadək görmədiklərini görə bilər. “Sən bundan qafil idin. Artıq bu
gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən.”
1
Mən bir halda dünyadan getdim ki, gördüm dayanmışam və
bədənimdəki xəstəlik yox olub, sağlamam. Yaxınlarım cənazəmin
ətrafında mənim üçün ağlayır, mən də onlar ağladıqları üçün
qəmginəm. Onlara deyirəm ki, “mən ölməmişəm, xəstəlikdən
qurtulmuşam.” Amma kimsə mənim sözlərimə qulaq asmır. Sanki
məni görmürlər, səsimi eşitmirlər. Anladım ki, onlar məndən
uzaqdırlar. Cənazəylə olan tanışlıq və dostluqdan dayanıb, gözümü
çılpaq olan sol çiyninə dikmişdim. Qusl və başqa işlərdən sonra
cənazəni qəbiristana tərəf apardılar.
Mən də dəfn edənlərlə yanaşı getdim. Onların arasında bəzi vəhşi
canlıları, qeyri-adi yırtıcıları görüb dəhşətə gəlmişdim.
Amma başqaları onlardan çəkinmir, onlar da başqalarına
dəymirdilər. Sanki əhliləşmişdilər. Elə ki, cənazəni gora endirdilər,
mən də gorda dayanıb tamaşa edirdim. Bu zaman məni qəribə bir
dəhşət bürüdü. Xüsusilə o zaman ki...
1“Qaf” surəsi, ayə 22.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |