www.rizvan.net -
İslam Maarifi Jurnalı
63
***
Bizi nə sər, nə saman yaratdılar,
Pərişanam, pərişan yaratdılar.
Pərişanlar basdırıldı torpağa,
O torpaqdan bizə can yaratdılar.
***
Keçinərdik dərd bir olsa nə vardı,
Üzümüzə qəm az gülsə nə vardı!
Başım üstə həbib gələ, ya təbib,
İkisindən biri gəlsə nə vardı!
HƏBİB İBNİ MƏZAHİRLƏ SÖHBƏT
Bu halda ikən biri qaçaraq gəldi ki, Həbib ibni Məzahir səni istəyir.
Soruşdum ki, haradadır? Dedi ki, şəhərdə.
Düşündüm ki, yəqin mən şəhərə gedəndə Hadi onunla əlaqə
saxlayıb. Həbib ibni Məzahirə mütəvəssil oldum (o aləmdə xüsusi
zehni əlaqə ilə). Salamlaşıb, hal-əhval tutandan sonra mənim raz-
niyazımı eşitdiyini bildirdi və buyurdu…
Nədən halın pərişandır, oğulcan,
Qəmdə vurnuxur xəyalın, oğulcan?
Sevin, yüz-yüz şükürlər qıl Tanrıya,
Nəhayət, əldə vüsalın, oğulcan.
Cavabında dedim…
Ata, gülşən zindan olmuş gözümdə,
Gülüstanlar tufan olmuş gözümdə.
Hələ kam almamış könül həyatda,
Hər nə ki var, duman olub gözümdə.
O dedi…
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |