AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə8/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   4   5   6   7   8   9   10   11   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

QƏBİRDƏ 

 

...gördüm  qəbirdə  cürbəcür  heyvanlar  peyda  oldular  və  cənazəyə 



hücum etdilər. Cənazəni qəbirdə yerləşdirən adam onlara dəymədi, 

onları görmürmüş kimi qəbirdən çıxdı. 

Cənazəyə əlaqəm olduğundan qəbrə girdim ki, bu heyvanları bayıra 

çıxaram. Lakin onlar çoxalıb, mənə qalib gəldilər. Bir tərəfdən də elə 

qorxuya  düşmüşdüm  ki, bütün bədənim  əsirdi.  Camaatdan  kömək 

istədim, amma bir kəs dadıma çatmadı. Hərə öz işinə məşğuldu və 

qəbirdəki həngamədən xəbərsizdi. 

Qəfildən qəbirdə başqa şəxslər peyda oldular və mənə kömək etdilər. 

Heyvanlar  qaçdılar.  Onların  adlarını  soruşmaq  istəyirdim  ki, 

dedilər… 

“Yaxşı əməllər pis işləri yuyub aparar.”

2

 və görünməz oldular... 



Bu həngamədən sonra gördüm ki, adamlar qəbri doldurub, məni dar 

və qaranlıq qəbirdə qoyublar. İndi isə evlərinə tərəf gedirlər. Hətta 

qohumlar, dostlar, gecə-gündüz qulluğunda durduğum arvad-uşaq 

da  məni  tək  qoydular.  Onların  vəfasızlığından,  qəbrin  qorxu  və 

dəhşətindən, tənhalıqdan elə qəmləndim ki, az qala bağrım yarıla. 

Fövqəl-adə  qürbət  və  dəhşətdə,  Allahdan  başqalarından  əlimi 

üzdüyüm halda cənazənin başı üstə oturdum. Qəbir lərzəyə gəlirdi. 

Gorun  divar  və  tavanından  torpaq  tökülürdü.  Xüsusilə  qəbrin 

aşağısında silkələnmə güclü idi. Elə bil bir heyvan oranı yarıb qəbrə 

daxil olmaq istəyirdi. Nəhayət, həmin yer yarıldı və gördüm... 

 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin