AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə82/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   78   79   80   81   82   83   84   85   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  70 

Məlaikələrin  başçısına  dedim  ki,  məlaikələrdən  yüz  nəfərini  bu 

dəstəyə  qoşsun.  Onun  razılaşmaqdan  başqa  çarəsi  yoxdu. 

Narahatlığından bilinirdi ki, bizim işimizə etirazı var. İşimizi Allah 

razılığına zidd, bəlkə də divanəlik sayırdı. 

Beləcə, altı dəstə bir-birlərinin ardınca yüz məlaikənin müşayiəti ilə 

yola  düşdü.  Altı  minlik  yeddinci  dəstə  qalan  məlaikələrlə  gəlirdi. 

Özüm  də  ələm  götürdüm,  qılıncları  siyirib  hərəkətə  başladıq.  Hər 

eniş və yoxuşda “ləbbeyk” səsindən yer-göy titrəyirdi. 

Mən  məlaikələrin  başçısı  ilə  çiyin-çiyinə  yanaşı  gedirdim.  Arabir 

görürdüm ki, başçı sakit və qaraqabaq, başı aşağı, fikirlidir. Elə bil, 

nəsə  demək  istəyir,  sonra  sözünü  udurdu.  Mən  onun  sirrini  hiss 

edirdim. Amma yenə də soruşdum… Nə üçün qəmgin, narahatsınız? 

Dedi… Mən sizin bu vəhşicəsinə hərəkətinizdən qəzəbliyəm. Çünki  

bu vaxtadək bu əmin-amanlıq aləmində belə bir hadisə baş verməyib. 

Qorxuram Allahın qəzəb odu sizə nazil ola, biz də sizin aranızda sizin 

odunuza yanaq. 

Dedim… Siz nə üçün bizim odumuza yanmalısınız? 

Dedi… Çünki, sizi bu pis işdən saxlamadıq. 

Dedim… Əgər bizim işimiz pisdirsə, nə üçün qarşısını almırsınız? 

Dedi… Çünki sizi Bərəhuta aparmaq tapşırığı almışıq. 

Dedim… Biz də sizinlə gedirik, bəs nəyimiz pis olur? 

Dedi… Qoşun çəkməyiniz, fitnə yaratmağınız. 

Dedim… Məgər Allahdan əmr olub ki, bizi başqa surətdə aparasınız? 

Dedi… Yox, yalnız buyrub ki, onları aparın. 

Dedim…  Aparmaq  bütün  növ  aparmağa  şamildir.  Piyada,  süvari, 

silahlı,  əliboş...  hansı  keyfiyyətdə  olursa  olsun.  Bütün  bunlar  sizin 

vəzifənizdir.  Ona  görə  də  pis  olmayacaq.  Çünki  Allah  pis  işi  əmr 

etməz. Əgər siz bizə Allahın əmr etdiyini qadağan etsəydiniz, Onun 

qəzəbinə  düçar  olardınız.  Ona  görə  də  yaxşıya  dəvət,  pisdən 

çəkindirmək  o  kəsə  vacibdir  ki,  yaxşı  və  pisi  tanımış  olsun,  onları 

fərqləndirə bilsin. Sən ki, yaxşını pisdən ayıra bilmirsən, bizə bir işi 

qadağan, bir işə əmr necə edə bilərsən? 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin