AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə83/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   79   80   81   82   83   84   85   86   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  71 

Gördüm  ki,  əvvəlki  böyüklüyündən,  uca  mərtəbəsindən  bir  qədər 

aşağı  endi.  Təvazö  ilə  dedi…  Əlhəmdu  lillah  ki,  dilimə  qadağan 

gəlməyib. 

Dedim… Mənim qeyrətim məni məcbur edir ki, sizi bundan da aşağı 

endirim. Sənin “bu hadisə indiyədək olmayıb”, deməyin eynən qiyas, 

oxşatmadır. Belə çıxır ki, gələcək həmişə keçmiş kimi olmalıdır. Əgər 

bir şey keçmişdə olmayıbsa, gələcəkdə də olmamalıdır? Hansı ki, ilk 

qiyas  edən  şeytan  olub.  O  deyib  ki,  hər  nə  oddandırsa,  od  kimi 

nurludur.  Sən  özün  bilirsən  ki,  onun  qiyası  batil  idi.  Məhz,  bu 

zalımlığına  görə  ilahi  dərgahdan  qovuldu.  Sənin  bu  batil  qiyasın 

müqabilində  Haqq-Taala  açıq-aydın  buyurub…  “O  hər  gün  bir 

məqamdadır.” 

Mələk  daha  artıq  təvazö  və  kiçikliklə  dedi…  Qorxum  budur  ki, 

Peyğəmbər  aydınca  Əlinin  cavabında  buyurub  ki,  hələ  xəbis 

təmizdən  ayrılmayıb  və  təqdir,  zühur  yaxşıların  pislərdən 

üstünlüyündən, ayrılığından sonradır. Necə ki, Nuhun qəziyyəsində 

oldu. Siz çalışırsınız ki, təxirə salınmış təqdiri tezləşdirəsiniz. Başqa 

sözlə, o şey ki, müqəddər olub, sabah zühur olsun, siz istəyirsiniz ki, 

bu gün olsun. Bu özü həqiqətdə Allahlıq iddiasıdır. 

Dedim…  Bu  aləmlərdə  müqəddər  olma  səbəblərlədir,  yoxsa 

səbəblərsiz? 

Dedi…  Səbəblər  silsiləsi  ilə  təqdir  olunur.  Çünki  onların  bir-

birlərindən ayrılması qeyri-mümkündür, mahaldır. 

Dedim…  Bəs  bizim  rəftarlarımız,  dualarımız,  israrlarımız, 

ciddiliyimiz  də  ilahi  səbəblərdən  ola  bilər.  Çünki  nəfsani  meyllər, 

adətən, ixtiyardan kənardadır. 

 

Allah bağışlamaq istərsə əgər, 



Bəndəni yalvarış halına çəkər. 

 

Hər  necə  olsa  duada  israr,  Allahdan  istəmə  bəzi  müqəddəratların 



səbəblərindəndir  ki,  uzağı  yaxın,  yaxını  zühura  çatdırır.  Maneəni 

aradan götürür və vücuda şərait yaradır. Əlavə, duada israr etmək 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin