www.rizvan.net -
İslam Maarifi Jurnalı
72
müstəhəbbatdan, bəyənilmiş işlərdəndir. Əgər mətləbə təsir etməsə
də ən azı savaba səbəb olar.
Həmin mələk öz çəkinməsindən bir qədər əl götürüb, sakitcəsinə,
istər-istəməz yola yoldaş oldu.
Dedi… Amma rəhmani fikirlər, ilhamat bəndələrə mələklər vasitəsi
ilə verilir. Bunsuz iş mahaldır və biz bu hadisədən xəbərsizik.
Dedim… “Bəqərə” surəsinin son ayələri Cəbrəilin vasitəçiliyi
olmadan gəlib. De görüm, sizdən ucası var, ya yox?
Dedi… Bəli, çox. O qədərdir ki, onların dərəcələri bizə məlum deyil.
Dedim… Bizə olan bu ilhamat, ola bilsin ki, sizdən uca vəsilə ilə gəlib.
Bundan əlavə, biz Peyğəmbər Əhli-beytinin dostlarıyıq və dostluqda
zəruridir ki, aşiq öz məşuquna yardım etsin. Lap dua ilə də olsa.
Yaxşı, bizə nə iradınız var? Deyirsiniz ki, nə üçün onu dost tuturuq,
nə üçün dostluq zəruriyyətlərinə əməl edirik?
O cavab verməkdən çəkinəndə dedim… Sizin ucadan uçmağınızın
səbəbi həmin təkliyinizdir. Əgər biz də əvvəlki tək təcrid olmuş
(mücərrəd) qalsaydıq, torpağa bağlanmasaydıq, sizin kimi olardıq.
Bəlkə Allahlıq iddiasında da olardıq. Təsdiq edin ki, hər mücərrəd,
maddidən bilikli, üstün deyildir.
Hər papağın əyib, ciddi oturan,
Qeysərlik bacarmaz, papaqbaz olar.
***
Açılmaz min nöqtə gördüm burada,
Uzunsaç, dərviş yox, saçaqbaz olar.
“Ləbbeyk” deyə-deyə Cəbəlür-rəhman adlı dağ ətəyinə çatdıq–dağ
Ərəfat dağı idi. Deyirlər, bu dağ “Sur”un kiçilmiş dərəcəsidir və
Allah-Taala bu barədə buyurub…
“Möminlərlə münafiqlərin arasında içəri tərəfində mərhəmət və
bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.”
59
59“Hədid” surəsi, ayə 13.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |