www.rizvan.net -
İslam Maarifi Jurnalı
73
Bizdən qabaq dağa çatanlar xeymələrini qurub, gözləmə yerində
oturmuşdular. “Ləbbeyk” fəryadları qovuşub havaya qalxdı və dağı
lərzəyə gətirdi.
Bizim xeyməmizi qurdular.
MƏLAİKƏLƏR SADƏ OLURMUŞ
Əvvəlki dəstə başçıları mələklərlə bir yerdə on iki nəfərdi. Mələklərin
başçısı və mənimlə birlikdə on dörd nəfər xeyməyə daxil olduq.
Soruşduq ki, nə üçün dağın ətəyində dayandınız, yuxarıya
qalxmadınız?
Dedilər… Şəxslər gəlib, bildirdilər ki, dağa qalxmaq olmaz. Sizdən
başqa kimsə bu dağın ərazisinə keçə bilməz.
“Hündürlüklərdə şəxslər vardır ki, hər kəsi əlamət və simasından
tanıyarlar.”
60
Mələklərin rəisi dedi… Siz dəlillərlə bizi qane etdiniz, çünki biz dəlil-
sübut əhli deyilik. Amma duyulmuşdur ki, sizin bu işinizdə Allahın
razılığı yoxdur. Ola bilsin ki, sizin tovfiqiniz (ilahi yardımdan
faydalanmağınız) əzab və işgəncə ilə yanaşı olsun, biz də sizin
aranızda əziyyət çəkək.
O bu sözləri rəngi qaçmış, bədəni titrər halda dediyindən
məclisdəkilər də qorxuya düşdülər. Mən qorxdum ki, bu sirr buradan
bayıra çıxsa, qoşun dağılar. Ona görə də üzümü rislərə tutub dedim
ki, bu məclisimiz qapalıdır, məbada söhbətlər bayıra çıxa.
Üzümü mələklərin başçısına tutub, dedim… Siz necə də
sadəlövhsünüz, təxəyyüllərə inanırsınız. Qalxın, ordugahın ətrafında
gəzişək. Həm adamların halından xəbər tutaq, həm də bu yerlərin
mövqeyini öyrənək.
Mən bu təklifi ona görə irəli sürdüm ki, başçı iztirabdan çıxsın. Adını
“kəşf” qoyduğu gümanlarından azad olsun. Qədəm-qədəm bir
xeyməyə yaxınlaşdıq ki, bir şəxs silahını hazırlaya-hazırlaya
zümzümə edir…
60“Əraf” surəsi, ayə 44.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |