XEYMƏDƏ MƏŞVƏRƏT
Yeddi dəstənin başçıları və yeddi məlaikə mənim otağımda
toplandılar. Götür-qoy etdik ki, nə edək ki, kamil intiqam hasil olsun,
qəlbimiz sakitləşsin. Qarşıdakı mənəvi müharibədə kamil nəticəyə
çataq.
Xüsusilə, İmam Zaman (ə)-ın qəlbi qəm-kədərlə doludur. O şəmin
pərvanəsi olan şiələr də hüzndən kənar deyillər.
“Bizim şiələr torpaq və gilimizin artığından yaranmışlar, vilayət suyu
ilə qarışmışlar. Şadlığımıza şad, qəmginliyimizə qəmgindirlər.”
(İmam Sadiq, (ə))
Bəziləri dedilər ki, yaxşı, Bərəhuta daxil olub onları tikə-tikə
doğrayaq, lap elə ölməsələr də qəlbimiz soyusun.
Mələklər dedilər… Onların əzabı siz verəcəyinizdən daha ağırdır.
İkincisi, sizin Bərəhuta daxil olmağınıza icazə verilməyib.
Bir başqası dedi… Biz Bərhuta daxil olsaq, onların əzabı yüngülləşər.
Çünki Cəhənnəm odu mömindən qorxandır.
62“Nisa” surəsi, ayə 56.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |