AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə9/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   5   6   7   8   9   10   11   12   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

ALLAHIN KİMDİR? 

 

İki nəfər qorxunc çöhrəli, vahiməli heykəlli, nəhəng, div kimi qəbrə 



daxil oldular. 

Ağızlarından  və  burun  dəliklərindən  tüstü,  od-alov  püskürürdü. 

Əllərində odda qızarmış, alov saçan gürzlər vardı. Onlar yeri-göyü 

                                                 

2“Hud” surəsi, ayə 114. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

titrədən  ildırım  səsiylə  cənazədən  soruşdular…  “Mən  Rəbbukə?”-

Allahın kimdir? 

Qorxu və dəhşətdən dilim-ağzım qurumuşdu. Elə bildim ki, ruhsuz 

cənazə  onların  cavabını  verə  bilməyəcək  və  onlar  da  heç  şübhəsiz, 

gürzlərlə  elə  vuracaqlar  ki,  qəbir  alovla  dolacaq.  Vəsfə  gəlməz  bu 

dəhşətdə,  yandırıcı  od  daha  da  artacaq.  Yaxşısı  budur,  mən  cavab 

verim.  Çarəsizlərin  çarəsi,  dara  düşənlərin  ümidi  Haqqa  üz  tutub, 

qəlbimdə  dara  düşənlərin  yardımçısı  Əliyyibni  Əbi  Talibə  (ə) 

mütəvəssil  oldum.  (Himayədarlığa  çağırmaq,  istəyini  Allahdan 

İmam vasitəsi ilə almaq.) 

Onu  dost  tuturdum,  qüdrət  və  qüvvəsini  bütün  aləmlərdə, 

mənzillərdə  nüfuzlu  bilirdim.  İnsanın  huşunu  əlindən  alan  belə 

qorxunc,  xətərli  anlarda  Həzrəti  çağırmaq  kimi  bir  vasitənin  yada 

salınması Allahın nemətlərindən, yardımlarındandır. 

“İnsanları məst görərsən, hansı ki, onlar məst deyildirlər.”

3

 

Bu  fikir  və  düşüncə  qəlbimə  qüvvət  verdi,  dilim  açıldı.  Mənim 



sükutum çox uzandığından, həmin iki şəxs misilsiz qəzəb və hiddətlə 

ikinci  dəfə  soruşdular…  “Allahın  kimdir?”  Əvvəlkindən  yüz  dəfə 

çətin  idi.  Qəzəbdən  çöhrələri  qaralmışdı,  gözlərindən  od  saçırdı. 

Gürzləri qaldırıb, vurmağa hazır dayandılar. 

Amma mən əvvəlki kimi qorxmurdum. Zəif səslə cavab verdim ki, 

mənim məbudum yeganə və oxşarsız Allahdır. 

“O Özündən başqa heç bir məbud olmayan, gizlini də, aşkarı da bilən 

Allahdır.  O,  rəhmli  və  mərhəmətlidir.  O,  Özündən  başqa  heç  bir 

məbud  olmayan,  (məxluqun)  sahibi,  müqəddəs  və  pak,  əmin-

amanlıq  bəxş  edən,  məxluqatın  qəyyumu  və  nəzarətçisi,  qalib, 

hökmü  keçən  və  hər  şeyin  fövqündə  olan  Allahdır.  Allah 

(müşriklərin) Ona qoşduqları şəriklərdən pak və münəzzəhdir.”

4

 

Dünya  həyatında  daim  hər  sübh  namazından  sonra  oxuduğum  bu 



ayələri onlara dedim ki, Adəm övladının fəzl və kamalsız olduğunu 

düşünməsinlər. Axı mələklər ilk gündə insanın yaranışına etiraz edib 

                                                 

3“Həcc” surəsi, ayə 2. 

4“Həşr” surəsi, ayə 22, 23. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin