Axirət azuqəsi


OTUZ DOQQUZUNCU DƏRS Allah-təala nəzərindən dəyərliliyin meyarı



Yüklə 4,35 Mb.
səhifə20/23
tarix08.03.2020
ölçüsü4,35 Mb.
#102275
1   ...   15   16   17   18   19   20   21   22   23

OTUZ DOQQUZUNCU DƏRS



Allah-təala nəzərindən dəyərliliyin meyarı


İman əməli salehlik insanın ən yüksək meyarıdır

İslam nəzərindən faydalı dəyərli !

Mədəni məzhəbi proqramlarda ixlasın əhəmiyyəti

Niyyət daxili meyllərin yeri

Düşüncə niyyətin sağlamlaşdırılması yolları

Allah-təala nəzərindən dəyərliliyin meyarı

Diqqət etdiyimiz kimi ötən bəhslərin əsas məzmunu təqva idi. Qeyd olunmuş bəhslərdə təqvanın əhəmiyyəti və onun insan həyatına göstərdiyi təsir, habelə onun axirət səmərələri zikr olundu. Bəzi şəxslərin təqvanı düzgün başa düşmələri və zahiri təqva ilə həqiqi təqvanı biri-birindən ayırmaları üçün bu bəhsdə əməllər və davranışların dəyərləndirmə meyarı barədə məlumat veriləcək.

İnsanların əksəriyyəti bir şəxsin zahirinə baxaraq qərar çıxarmağa adət ediblər. Əgər bir şəxs çoxlu sayda adətlər öyrənərsə, zikr edib, Quran oxuyub, namazını vaxtında qılarsa onu təqvalı şəxs kimi tanıyarlar. Yaxud təharət məsələlərini böyük diqqətlə yerinə yetirən şəxsləri təqvalı və layiq insan kimi qəbul edirlər. Bu kimi baxışlar səthi və səhvdir. Dəyərlilik meyarının tanınması üçün əxlaq alimləri yaxşılıq və pislik meyarları barəsində nəzəri və əsaslı bəhslər qeyd ediblər. Biz burada həmin məsələyə işarə edəcəyik.

İman və əməli salehlik insanın ən yüksək meyarıdır


Qurani-Kərim nəzərindən insanın dəyəri, imanı və əməli salehliliyindən ibarətdir. Quranın olduqca az səhifəsində bu iki məsələnin qeyd olunmamasının şahidi ola bilərik:

“İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!”1

Başqa bir yerdə buyurur: “Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm, haqsızlıq görmədən Cənnətə daxil olacaqlar.”2

İnsanlar iki dərəcəyə malikdirlər: Biri təqva əhli və fəzilət sahibləridir. Təqva əhli və fəzilət sahibləri peyğəmbərlər, salehlər, övliyalar, siddiqlər və şəhidlərdir. Elə bu səbəbdən də Adəmə (ə) məlaikələr səcdə etdilər. İnsan elə bir dərəcəyə çatdı ki, onun vəsfi barədə buyruldu: “Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan haqq məclisində, qadir hökmdar Allahın hüzurunda olacaqlar!”1

Onun müqabilindəki nöqtə, enmə və Allahdan uzaqlaşma nöqtəsidir. Hər hansı bir şəxs öz insani rolunu həyata keçirməkdən boyun qaçırarsa enmə yolunda irəliləmiş olur və sonda heyvanlardan da aşağı səviyyəyə enir.

“Onlar heyvan kimidirlər, bəlkə də ondan daha çox zəlalətlidirlər.”2

Deməli insanın dəyəri ürəyindən yer almış ilahi hiss və düşüncələrindən asılıdır. İnsanın ürəyindən qopan bu hiss sonra digər orqanlara tökülür. Dilin Allahı yad etməkdə, gözün Qurani-kərim ayələrini oxumaqda, qulağın haqq sözü eşitməkdə, əl və ayağın Allah yolunda addım atmaqda müəyyən bir payı var. Deməli Qurani-kərimdə Allahın bu qədər zikr olunmasının və yaxud beş vaxt namaz qılmaq kimi insan üzərinə qoyulmuş vəzifələrin xüsusi bir mənası var. Bu da odur ki, həyat Allah-təalanı zikr etmədən dəyər tapmır və ancaq bu yolla Allaha yaxın dərəcələrə çatmaq olar.

İslam və bütün ilahi dinlər insan üçün sonsuz müsbət və mənfi dəyərlərə malikdirlər. Bu məsələni bəşəriyyətin adi meyyarları ilə dərk etmək olmaz və ancaq ilahi meyarlarla qəbul etmək mümkündür. Bundan əlavə İslam dini bütün insan ömründən başqa, onun ömrünün hər saatları üçün belə yüksək dəyər verir. Yəni İslam dini deyir: “İnsan bir saat ərzində belə öz vücudi dəyərini sonsuz dərəcədə yüksəldə bilər və əksinə olaraq elə həmin müddət ərzində özünü bədbəxtliyin ən aşağı dərəcəsinədək endirə bilər.”

Deməli İslam dininin dəyərləndirmə meyarı hər bir şəxsin özündən asılıdır. İslam dini nəzərindən bir şəxsin ictimaiyyətin mənafei uğrunda gördüyü iş onun dəyərləndirmə meyarı ola bilməz. Ola bilsin İslam dini ictimaiyyətin bir şəxs üçün nəzərdə tutduğu dəyəri qəbul etməsin, hətta onu mənfi dəyərləndirsin. Çünki o şəxs daxildən pozğundur və onun aldadıcı zahiri arxasında pislik gizlənir.

Məsələn hər hansı bir alim dini elmləri xalqa öyrədir. Xalq onun bu elmindən və öyrətdiklərindən istifadə edərək səadətə çatır, özü isə elminə əməl etmədiyinə görə cəhənnəmə vasil olur. İnsanın vücuduna və onun əməllərinə dəyər verən başlıca məsələ, onun əbədiyyət və sonsuz aləmlə olan əlaqəsindən asılıdır. Bu ürək yolu ilə əldə olunan əlaqədir və qəlbin Allah-təalaya yaxınlaşması ilə əldə edilir.

Əgər gördüyün iş Allah yolundadırsa, zahiri cəhətdən böyük və yaxud kiçik olmasından asılı olmayaraq sonsuz dərəcədə dəyərlidir. Sözsüz ki, insanın Allaha qarşı olan mərifəti çox olarsa və işlərini daha artıq xalisliklə yerinə yetirərsə, dəyəri bir o qədər yüksələr. Bunun müqabilində insanın xalisliyi nə qədər azalarsa və gördüyü iş haqq-təala üçün deyil, xeyr, şöhrət üçün olarsa onun dəyəri azalar. Belə bir nəticə alırıq ki, insan həyatının ən böyük dəyəri onun Allaha olan bağlılığıdır.

İslam nəzərindən faydalı və dəyərli iş!


İnsanların əksəriyyətinin nəzərincə ictimaiyyət üçün faydalı olan işin böyük mənəvi dəyəri var və bu insanın mənəvi tərəqqisinə güclü təsir göstərir. Onların nəzərincə insanlara yardım sahəsində görülmüş hər bir iş Allah-təala yolunda görülmüş iş mənasını daşıyır. Elə bu səbəbdən də işin həcminə daha çox fikir verirlər. Deyirlər ki, “Filankəs külli miqdarda pul xərcləyərək xəstəxana və yaxud məscid tikdi. Bu çox səthi baxışdır. Düzdür, yaxşı işin meyarlarından biri də onun insanlar üçün faydalı olmasıdır. Amma hər bir işin öz icraçısını kamala çatdıracağını düşünmək sadəlövlük olardı. İşi görən şəxsin niyyətinin sağlam olması və bu işi Allah yolunda görməsi olduqca mühümdür. İslam nəzərindən hər bir işin insanın kamilləşməsinə təsir göstərməsi üçün bu işin insanlara faydalı olmasından əlavə Allah yolunda görülməsi olduqca əhəmiyyətlidir.

Allah yolunda olmaq, sonra Allah-təalanın dərgahında başa çatacaq yolda irəliləmək mənasını daşıyır. Hər bir işin Allah yolunda olması üçün iş görən şəxs həmin işi gördüyü zaman bütünlüklə Allaha tapınmalıdır. Bu iş yalnız Allahı tanıyan şəxslər üçün mümkündür.

Qurani-kərim ayələrinə diqqət yetirsək bizim nəzərimizdən yaxşı dəyərləndirilən bir çox işlərin Qurani-kərim nəzərindən pislənilməsinin şahidi olarıq. Biz başqalarına əl tutmağı yaxşı iş kimi dəyərləndiririk, halbuki pak niyyətə malik olmadan başqalarına əl tutanlar Qurani-kərimdə pislənilib. Qurani-kərim nəzərindən bu şəxslər qiyamət günü peşiman olacaqlar və öz mallarını başqalarının diqqətini özlərinə cəlb etmək üçün xərcləmələrinə görə həsrət çəkəcəklər. Ola bilər həmin şəxs dünyada çox tanınsın, bütün dünya onu tanısın və yaxşı insan kimi qəbul etsin, amma Qurani-kərim bu şəxslər barədə belə buyurur: Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla özünü xalqa göstərmək üçün sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Əgər xalqa göstərilən yardım riyakarlıq üzündən olarsa və Allaha iman olmadan edilərsə heç bir dəyərə malik olmaz. Bu riyakar şəxsin işi, hər hansı bir insanın toxumu məhsuldar torpaqda becərməyin əvəzinə daşın üzərinə qoyaraq üzərinə torpaq tökməsinə və sonra da məhsulunu gözləməsinə bənzəyir. Elə bu səbəbdən də belə əliaçıqlıqlar etmiş insanlar öz zəhmətləri müqabilində heç nə əldə etmirlər. Çünki onların bu əməlləri Allaha və axirətə iman prinsiplərinə əsaslanmayıb.1

Bu qəbil insanlar özlərini nümayiş etdirmək, başqaları ilə rəqabət aparmaq və adlarının dillər əzbəri olması üçün ictimaiyyətə xidmət göstərirlər. Bu riyakar əliaçıqlığın Allah-təala dərgahında bir zərrə qədər də dəyəri yoxdur. Deməli insana axirət səadəti bəxş edən yaxşı işin meyarı budur ki, bu iş imandan mənşə alsın. Elə bu səbəbdən də Allah-təala Qurani-kərimdə imanla əməli salehliyi bir-birinin ayrılmaz hissəsi kimi qeyd edir.

“Ya Peyğəmbər! İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver: onlar üçün ağacları altından çaylar axan cənnətlər vardır.”2

“İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.”3

Allah-təala başqa bir yerdə buyurur: «Mömin olub yaxşı işlər görən Allaha itaət edən kişi və qadına dünyada və axirətdə xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafat verəcəyik.»2

Elə bu səbəbdən də imanla əməl arasındakı əlaqə qorunub saxlanılmalıdır, çünki yalnız Allaha olan imandan mənşə alan əməl insanı Allaha tərəf yönəldə bilər.

«O kimsə ki malını Allah yolunda verib günahlardan təmizlənər, o şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi verilsin etdiyi yaxşılıq ona əvəz olsun və ya o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz. O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.»3

O, xalqa xidmət göstərir, zəkat verir, amma xalqın təşəkkürünü eşitmək əvəzinə onların nəzərini özünə cəlb etməyə çalışır. Xalq ona nalayiq sözlər desə belə öz işindən əl çəkməyəcək, çünki Allah ona “xalqa xidmət göstər”– dediyinə görə bu işi görür:

“Onlar öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda, yeməyi yoxsula, yetimə və əsirə yedirdərlər.”4

Və yuxarıdakı ayənin ardınca buyurur: “Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən bu ehsan müqabilində nə bir mükafat, nə də təşəkkür istəyirik.”

Deməli bizim əməllərimiz imandan mənşə alaraq və yaxud Allah yolunda olarsa salih olmuş olur, amma qeyri ilahi niyyətlərlə həyata keçirilərsə ruhsuz bədənə bənzəyəcək. Sözsüz ki, ruhsuz bədən çürüyür və yox olub gedir. Deməli ruhsuz əməl tərəqqi etməməkdən əlavə fəsad da yaradır.

Qeyd etdiyimiz bu məsələ ancaq adi insanlara aid deyil. Belə ki, bəzi təhsil almış insanlar da əməlin ləyaqət və yaxşılıq meyarını onun zahiri ədalətində və xalqın mənafeyi ilə üst-üstə düşməsində görməyə çalışırlar. Halbuki, əməlin yaxşılıq meyarı və onun insanın səadətə çatması sahəsindəki təsiri tamamilə başqa məsələdir.

Həmişə məsələnin zahirinə diqqət göstərən şəxs işin həcmini və onun ictimai təsirini bir meyar kimi öz əllərində saxlayır. Amma bu ilahi iş deyil və Allah işin həcminə baxmır. İbadət zamanı da hər bir şəxs bir zərrə qədər də olsa qeyri-ilahi niyyətə malik olarsa və bu əməl zamanı kimisə Allaha şərik qoşarsa, bu əməl çürük və mənasız sayılır. İnsan ibadət zamanı özünü Allah-təala üçün xalisləşdirməlidir. Əgər insan ibadəti özünü başqalarına nümayiş etdirmək üçün və namazı insanların nəzərini özünə cəlb etdirmək məqsədilə qılarsa, onun əməli mənasız olmasından əlavə haram olmuş olur. Hətta Allah-təala üçün görülmüş bu əməlin bir hissəsi də qəbul olunmur. Çünki Allah-təala buyurub: “Mən şəriklərin ən yaxşısıyam, öz əməli zamanı məni başqası ilə şərik edən şəxsin əməlini qəbul etmirəm və ancaq xalis əməlini qəbul edirəm.”1

Deməli hər bir insan ibadət zamanı başqa bir şeyi Allaha şərik edərsə, Allah-təala öz payını şərikinə bağışlayır. İnsanın əməli isə xalis olmaması səbəbindən hədər olur. İnsan bir ömür səydən sonra bədbəxt olur, çünki həmin şəxs düşüncəsində Allah yolunda elm öyrənməsi barədə fikirləşməsinə baxmayaraq, onun niyyətini araşdırdıqda bu elmi vəzifə sahibi olmaqda, yaxud ictimai mövqeyə çatmaq yolunda öyrənməsinin şahidi olarıq. Əgər belə bir şəxs “Xalqa xidmət göstərmişəm, bir çox yoxsulu aclıqdan qurtarmışam, bir çox xəstələrin müalicəsi üçün lazımi şərait yaratmışam, məktəb və xəstəxana tikdirmişəm” sözlərini deyərsə, Allah-təala buyurar: “Bunların heç birisinin sənin üçün faydası yoxdur. Sənin bu işlərdən əldə etdiyin əcr, xalqın alqışları, fotoşəkillərinin hər yerdə dərc olunması və camaatın səni xeyirxah insan kimi tanımalarıdır.

Deməli əməlin yaxşı və yaxud pis olmasının meyarı ürəkdən asılıdır. Biz bu işlərin haradan mənşə aldığını bilməliyik və əməllərin dünya və yaxud Allah sevgisindən mənşə alması barədə əmin olmalıyıq. Əgər əməl Allah yolunda həyata keçirilibsə insanın kamalat yolundakı tərəqqisinə yardım göstərir və belə olmadıqda insanı daha aşağı dərəcələrə endirir. Deməli hər bir işin dəyəri onun cəmiyyətə, – istər İslam və istər qeyri İslam cəmiyyətinə – olan faydasından asılı deyil. Hətta işin dəyərli olub olmaması, həmin işin din və dindarlar üçün görülüb-görülməməsindən də asılı deyil.

İslam tarixinə nəzər salsaq görərik ki, bir çox insanlar dinin yolunda faydalı işlər görərək din anlayışının yayılması və genişlənməsi sahəsində güclü işlər görmüşlər, amma bu işlərində Allaha yaxınlaşma qəsdləri olmadıqları üçün onlara heç bir faydası olmadı. Həmin şəxslərin əsas niyyətləri ölkə fəth etmək, şöhrət qazanmaq və insanlar arasındakı imiclərini artırmaq idi. Sadaladığımız bu xüsusiyyətlərdən heç birisi insanın kamala çatması üçün faydalı deyil. Bir rəvayətdə belə buyurulub: “

“Allah-təala bəzən öz dinini fasiq insanla təsdiq edir.”1

Zalım və pozğun şahların öz şəxsi düşüncələrinə, öz ərazilərini genişləndirmək xatirinə başqa ölkələri fəth edərək İslam dinini yaymaları mümkündür. Bu işin İslam və din üçün faydalı olmasına baxmayaraq, həmin şəxslərin özlərinə heç bir faydası olmayıb. Elə bu səbəbdən də biz daxili niyyətlərimizi tapmalıyıq və ilahi düşüncələrin işə dəyər verməsini bilməliyik. Bəzi əməllər ilk baxışda insan üçün kiçik görünsə də xalis niyyətlə həyata keçirildiyi üçün müqəddəsdir.



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin