AxiRƏt azuqəSİ



Yüklə 6,59 Mb.
səhifə20/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

AXİRƏTİ SEVMƏYİN LÜZUMU


«Ey Əbuzər! Allah Təbarək və Təala qardaşım İsaya (ə) vəhy etdi: «Ey İsa (ə), dünyaya məhəbbət yetirmə, çünki mən onu sevmirəm. Axirəti sev, çünki dönəcəyiniz məkan oradır».

Peyğəmbər (s) Allahın İsaya (ə) vəhy etdiyini nəql edir:

«Mən dünyanı sevmirəm, sən də dünyanı sevmə».

Təbiidir ki, Peyğəmbər (s) də dünyanın düşmənidir. Çünki mə᾽sumların (ə) bir kəslə və ya bir şeylə dostluq və düşmənçiliklərinin me᾽yarı, Allahın dostluğu və düşmənçiliyi ilədir. Təbiidir ki, dünya ilə münasibətlərində mö᾽minlərin öz mövqelərini müəyyənləşdirilməsinə nümunə olacaq şəxs, mə᾽sumlar və onların həyat yoludur.

Əli (ə) Peyğəmbərin (s) dünyaya baxışı haqqında buyurur:

«Rəsuli-əkrəm dünyanı kiçik sayardı… Qəlbən dünyadan üz döndərmiş və dünyəvi arzuları öz nəfsindən uzaqlaşdırmışdı. Dünyanın zinətindən əlvan libas istəməməsi və ya orada qalmağı arzu etməməsi üçün dünyanın zinətini öz gözləri ilə görməməyə çalışardı»1.

Bu vəziyyətlə yanaşı, Peyğəmbərə (s) bütün maddi ne᾽mətlərdən istifadə etmək ixtiyarı verilmişdi. Peyğəmbərin (s) özünün buyurduğu kimi, bütün dünyanın xəzinələrini ona təqdim etdilər, amma o qəbul etmədi:

«Ey Əbuzər! Cəbrayıl (ə) dünyanın xəzinələrini ağ və qara qatıra yükləyib mənim yanıma gətirdi və dedi: «Ey Məhəmməd! Bunlar dünyanın xəzinələridir və onlardan istifadə etməyin, sənin Allah yanında olan dərəcəni heç də azaltmır».

Peyğəmbərin (s) bu cür «Cəbrayıl (ə) ağ və qara qatıra (və ya ata) minərək dünyanın xəzinələri ilə bərabər mənim yanıma gəldi» buyurması, bəlkə də, dünyanın ləzzət və acı, xeyir və şər məkanı olmasına edilən bir eyhamdır.

Dünyada elə bir şəxs tapılmaz ki, yalnız çətinlik və acılıq görmüş olsun və eləcə də elə adam ola bilməz ki, həyatda ancaq ləzzət dadmış və heç vaxt ağrı-acı ilə üzləşməmiş olsun. Həqiqətdə, hər ağrı-acının yanında bir ləzzət də vardır və hər ləzzətin kənarında da bir acılıq durmuşdur. Hər iki hal insanın imtahanı üçündür:

«Hər kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə, Biz sizi xeyir və şərlə (sağlamlıq, var-dövlət, cah-cəlal və xəstəlik, yoxsulluq və ehtiyacla) sınağa çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız»1.

Maraqlı olan başqa bir nöqtə, Cəbrayılın (ə) Həzrətə (s) buyurduğudur: «Dünyanın bütün xəzinələrindən istifadə etsən də, sənin axirətdəki payından heç bir şey azalmayacaq».

Maddi ləzzətlərin insana yetirə biləcəyi zərərlərdən biri də budur ki, onlardan nə qədər çox istifadə edilərsə, ehtimalı vardır ki, insan daha çox axirət bəhrələrindən məhrum olsun. Lakin peyğəmbərlər və övliyalar bu cür deyildirlər. Ona görə də, Cəbrayıl (ə) deyir: «Sənin dünya xəzinələrindən bəhrələnməyinin müqabilində, axirət payından heç nə əskildilməyəcək».

Peyğəmbər (s) Cəbrayılın (ə) cavabında buyurur:

«Dostum Cəbrayıl, mənim onlara ehtiyacım yoxdur. Doyduğum zaman Allaha şükr edirəm, acdığım zaman Ondan istəyirəm».

Mö᾿min bir şəxs üçün ən yaxşı hacət budur ki, bir tərəfdən Allahın ne᾽mətlərindən bəhrələnməklə Ona şükr etsin, başqa bir tərəfdən Allaha ehtiyaclı olduğunu hiss etsin və həmişə əlləri Onun dərgahına uzansın. Çünki insan ikiyönlü bir varlıqdır; həm Allahın ne᾽mətlərindən istifadə edərək Ona şükr etməlidir ki, bu şükr və diqqət, onun səadətinə səbəb olacaq. Həm də həmişə ehtiyaclı olduğunu hiss etməlidir ki, məğrurlaşıb qafil olmasın, özünü başqalarından üstün görməsin. Peyğəmbər (s) buyurur:

«Mənim gözlərim daim Allahın əllərinə dikilməlidir; ne᾽məti ondan istəməliyəm və mənə əta etdiyi ne᾽mətlərin müqabilində şükr etməliyəm».

ALLAHIN XEYİRXAHLIĞI VƏ DİN HAQQINDA AGAHLIQ


Hədisin davamında Peyğəmbəri-əkrəm (s) buyurur:

«Ey Əbuzər! Allah bir kəsin xeyrini istədiyi zaman onu dində bilikli, dünyada isə zahid edir və öz eyiblərini ona başa salır».

Allah bir kəsə yaxşılıq etmək istədiyi zaman ona üç şey verir:

1. Dini bilik;

2. Zahidlik və dünya ləzzətlərinə e᾽tinasızlıq;

3. Eyiblərinə olan agahlıq.

Bu üç xislət müqabilində insan üçün ən pis şey, dində cahil olmaq, dünya sevgisi və xudpəsəndlik və başqasında eyib axtarmaqdır.

Öncəki və sonra deyiləcək mətləbləri nəzərə alaraq, diqqət yetiriləsi əsas cümlə «Zahidlik və dünya ləzzətlərinə e᾽tinasızlıq»dır. Çünki söhbət dünyanın məqam və mənzilətindən gedir. Deməli, əgər bir kəs hiss etsə ki, dünyaya rəğbəti yoxdur və ondan ancaq lazım olacaq ehtiyaclarını ödəmək üçün istifadə edir və ilahi vəzifəsinə əməl etmək üçün dünya işlərinə baş qoşur, bilsin ki, Allah onun yaxşılığını istəyir. Həqiqətdə, Allah hamının xeyrini istəyir, amma özünün təşri᾽i iradəsinə əsaslanaraq, təklifləri hamıya vacib etmişdir, hamıya haramdan çəkinməyi buyurmuşdur. İxtiyar sahibi olan insan əgər doğru yolu seçərsə - baxmayaraq ki, bu seçimin özündə də doğru yolun seçilməsi, müqəddimədə Allahın tovfiqi və inayəti ilədir - və bəndəlik yolunu tutub Allahın sevdiklərini sevib, onun dostları ilə dost olarsa, atdığı hər addım Allah üçün olarsa, Allahın xüsusi təkvini iradəsi belə tələb edir ki, həmin adamı müvəffəqiyyətə qovuşdursun:

«Mö᾽min olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar»1.

Allahın heç kimlə düşmənçiliyi yoxdur və səbəbsiz olaraq heç kəsi cəhənnəmə aparmır. Əgər kimsə özünün yanlış seçimi ilə küfr və üsyan yolunu seçərsə, Allahın təkvini iradəsi belə tələb edəcək ki, həmin adam zəlalətə uğrasın və xeyir iş görməyə nail olmasın:

«Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz ne᾽məti orada tezliklə verər, sonra isə (axirətdə) ona cəhənnəmi məskən edərik. O, cəhənnəmə qınanmış və (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!»2. Deməli, Allah bir kəsin xeyrini istədiyi zaman üç şeydə onu müvvəffəq edir:

Elm qazanmaq imkanını ona inayət edir, bunun müqabilində Allah bir kəsin xeyrini istəmədikdə, onu elm qazancından məhrum edir. Rəvayətdə göstərildiyi kimi: «Allah bir bəndəsini özündən uzaqlaşdırmaq istədiyi zaman, onu elm və təhsildən ayırır»1.

Allaha şükr etməliyik ki, bu qədər bəndələri arasında bizlərə dini elmlərə yiyələnmək tovfiqini inayət etmişdir. Bizə nəsib olmuş bu iftixarın qədrini bilməliyik. Çünki Allahın inayətinin səbəbilə kamal yoluna qədəm qoymağımızın ilk pilləsi hazırlanmışdır.

Rəvayətlərin birində deyilir: «Bütün kamal üç şeydə xülasə olur: dini elmələrə vaqif olmaq; həyat işlərinin nizama salınıb proqramlaşdırılması; çətinliklər qarşısında səbirli olmaq»2.

Allahın ikinci inayəti, dünyaya rəğbət göstərməmək və onun zahiri gözəlliyinə könül verməməkdir. Təəssüflər olsun ki, bizim əksəriyyətimizdə bu xislətlər yoxdur. Az-çox dünya ləzzətlərinə ürək bağlamışıq. İnsan öz şə᾿ni və ehtiyaclarının həddindən artığına meyl göstərərsə, - daha yaxşı maşın, daha gözəl ev, daha artıq geyim tələbində olarsa - dünyaya bağlanmışdır və cənnət ne᾽mətlərindən məhrum olacaqdır. Necə ki, Qur᾽an buyurur:

«Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət, ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!»3.

Bu ayənin təfsirində belə bir rəvayətə işarə edilir ki, insan, hətta ayaqqabısının bağının başqalarının ayaqqabısının bağından yaxşı olmasını istəyərsə, bu istək onun dünya məhəbbətindən, təkəbbüründən xəbər verir4.

Bu onu göstərir ki, insan sə᾽y edərək, hətta bir ayaqqabı bağı qədərincə olsa belə, dünyaya bənd olmamalıdır. Ürək həmişə Allah və axirət istəyi ilə döyünməlidir, ayaqqabı bağı, ev, maşın üçün yox. Ürək Allah nurunun nazil olduğu yerdir:

«Mö᾽minin ürəyi Rəhmanın ərşidir»1.

Ürək Allahdan nə qədər üzülüşüb dünya ilə məşğul olarsa, bir o qədər də mə᾽nəvi kamaldan məhrum olacaqdır.

Əli (ə) «Nəhcül-bəlağə»də peyğəmbərlərin dünyaya baxışı barədə buyurur: «Rəsuləllahın yolunu tutmaq sənə kifayət edər. Dünyanın məzəmməti və eyibləri, onun rüsvayçılıqları və pislikləri sənə doğru yolu tutmağa dəlil və bələdçidir; əgər başqa bir peyğəmbərin yolunu tutmaq istəsən, Allahın həmsöhbəti olmuş Musanın (ə) yolunu tut. O deyərdi:

«Ey Rəbbim: «Mən, Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə möhtacam!»2.

Allaha and olsun ki, Musa (ə) Allahdan (ac qarnını doyuracaq) bir tikə çörəkdən başqa bir şey istəmirdi. Çünki yerdə bitən otları yeməkdən o qədər arıqlayıb incəlmişdi ki, qarnının nazik dərisindən otların yaşıllığı görsənirdi. Əgər üçüncü başqa bir peyğəmbərin yolunu getmək istəsən, Davudun (ə) yolu ilə get ki, «Məzamir və Zəbura» sahib idi. Davud (ə) cənnət əhlinin xanəndəsidir. Öz əlləri ilə xurma lifindən zənbil toxuyar və dostlarına belə deyərdi: «Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edə bilər?» Zənbillərin qazancından əldə etdiyi pulun ancaq bir tikə arpa çörəyinə yetəcək qədərini özünə götürərdi.

İsanı (ə) de ki, yatmaq istədikdə balış olaraq başının altına bir daş qoyardı. Libası cod kətandan idi və yediyi bir tikə quru yavanlıq olardı. Gecələr çırağı ayın nuru idi. Qışda sığınacağı günəşin döydüyü yer olardı (evi yox idi). Süfrəsinin ən ləziz meyvəsi çöldə bitən otlar idi. Nə arvadı var idi ki, onu fitnəyə salsın, nə də uşağı var idi qəminə qalsın. Nə var-dövləti var idi ki, onu Allahdan yayındırsın, nə tamahı var idi ki, onun oduna yansın. Miniyi ayaqları, xidmətçisi əlləri idi»3.

Görəsən, Allahın peyğəmbərlərlə düşmənçiliyi var idi ki, onları dünya ləzzətlərindən məhrum edirdi? Yoxsa bu çətinliklər onların təkamül vasitələri və Allaha olan məhəbbətlərinin nişanəsi idi?

Xatırladılması zəruri olan başqa bir məsələ budur ki, yuxarıda söylənilənlərdən elə anlaşılmasın ki, tərkidünya olub bir kənara çəkilmək lazımdır; halal qazancın arxasınca düşməməliyik və ya İslamın və müsəlmanların izzətini qorumaq üçün faydalı fəaliyyət göstərməməliyik. Söhbət dünyaya qapılıb qalmamaqdan, onun çəngində əsir olmamaqdan gedir.

Əgər dünyanın bütün xəzinələri və sərvətləri bir kəsin əlində olub, ona könül verməmək şərtilə bütün ləzzətlərindən istifadə etsə, özünə heç bir zərər toxunmayacaqdır. Necə ki, bütün dünya padşahlığına sahib olan Davud oğlu Süleyman ixtiyarında saysız-hesabsız ne᾽mətlərin olmasına baxmayaraq, heç birinə ürək bağlamadı. Bu ne᾽mətlər onun peyğəmbərliyinə və vilayətinə xələl gətirmədi. Özü arpa çörəyi yeyərdi, amma bütün sərvətini və qüdrətini dinin izzətinin ucalmasında istifadə edərdi. Əgər Səbanın şahzadəsi ilə döyüşür və ya onu müharibə ilə qorxudurdusa, ilahi hökumətin genişlənməsi üçün edirdi. Məqsədi, şirki yer üzündən silmək idi.

Mə`sumların zahidanə həyatları barəsində qeyd olunmuş mütəvatir hədislərin məcmusu, bizdə onların çətin həyat sürdüklərinə, dünya və eyş-nuş əhli olmadıqlarına dair fikirlərə şəkk yeri qoymur. Özləri dünyadan çəkindikləri kimi, xalqı da dünyadan çəkinməyə sövq edirdilər. Onların yaşayış tərzləri barədə heç bir şəkk-şübhə yoxdur. Allaha ibadət, gecə yarı və ya sübh tezdən oyanmaq, dua və münacat, o həzrətlərin bariz xüsusiyyətlərindəndir. Dost, düşmən, sünni, şiə bu həqiqətləri e᾽tiraf edib, bu barədə kitablar yazmışlar. Xalqı dünyadan çəkindirmək, maddi ləzzətlərə qarşı onlarda ikrah yaratmaq imamlarımızın tərbiyə üsulları idi. Hər zaman xalqı başqalarına yük olmasın deyə, halal qazanca, işləməyə sövq edirdilər. Bu, həqiqətdə, dünya və Allahın razılığını bir araya gətirmək mə᾽nasında olub, adi camaatın görə bilməyəcəyi bir işdir. İslamın ilk çağlarından bu günümüzə qədər dünyanın məzəmməti və ya qazancın tə᾽riflənməsi barədə söylənilmiş rəvayətlərdən səhv nəticələr çıxarılırdı.

Dünya məzəmmət edildiyi zaman düşünürdülər ki, artıq dünyanı bir kənara qoymaq lazımdır və gedib mağaraların birində yaşayıb ağac yarpaqlarından paltar düzəltməlidirlər. Başqa bir tərəfdən görəndə ki, bə᾽zi rəvayətlərdə qazanc, fəaliyyətlər tə᾽riflənir, fikirləşirdilər ki, bütün şeyləri maddi həyata qurban vermək lazımdır!

Əhli-beyt məktəbinin yetişdirmələri qazanc və dünya ləzzətlərindən bəhrələnməyin axirət istəyi ilə ziddiyyət təşkil etmədiyini bilirdilər. Ziddiyyət dünya və axirət məhəbbəti arasındadır. Çünki bu ikisinin bir arada olması mümkün deyil. İnsanın həm Allahı, həm də Onun bəyənmədiyi şeyi sevməsi mümkün olan bir şey deyil. Allahın razılığını qazanmaq və axirətə çatmaq üçün vasitə olacaq dünya, nifrət yaratmır. Ürəyin nə qədər dünyaya məhəbbət yetirdiyini və ya ondan hansı fasilədə qərar tutduğunu tə᾽yin etmək üçün insanın zahiri əməlləri me᾽yar ola bilməz. Me᾽yar insanın niyyətidir. Düzdür ki, hərdən niyyət əməldə özünü göstərir. Məsələn, bir nəfər dünyaya bağlı olmadığını iddia edir, lakin əməldə dünya üçün haramdan belə çəkinmir. Aydındır ki, belə adamın niyyəti, dünya istəyidir.

Deməli, iş iddia ilə bitmir, ürəyə, niyyətə baxılmalıdır. Sufilərdən bə᾽ziləri şe᾽r dilində dünyaya rəğbətsiz, e᾽tinasız olduqlarını izhar edirlər, lakin əməldə bir quruş pullarından belə keçməzlər.
ON BEŞİNCİ DƏRS


Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin