AxiRƏt azuqəSİ


UZUN-UZADI ARZULAR VƏ FƏALİYYƏTDƏN YAYINMAQ, TƏQVA VƏ TƏVƏKKÜLÜN ZƏİFLƏMƏSİNƏ BİR NİŞANƏDİR



Yüklə 6,59 Mb.
səhifə23/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

UZUN-UZADI ARZULAR VƏ FƏALİYYƏTDƏN YAYINMAQ, TƏQVA VƏ TƏVƏKKÜLÜN ZƏİFLƏMƏSİNƏ BİR NİŞANƏDİR


İşarə edildiyi kimi, əksər insanlar uzun-uzadı arzularla yaşayır, bu dünyada uzun müddət yaşayacaqlarına ümid edirlər. Düşüncələri, işləmək və çalışmaqları gələcək üçündür. Buna görə də, gələcəkdə olacaq işlərin nigarançılığını çəkirlər. Əgər birdən universitetə qəbul olmasalar, gələcəkdə əməlli-başlı bir iş, vəzifə tapıb-tapmayacaqları, ev-eşik sahibi olub-olmayacaqları barədə narahatdırlar.

Bilməliyik ki, bu düşüncələr təqva və təvəkkül ruhiyyəsinin olmaması üzündəndir, yoxsa Allaha təvəkkül edənin, onun inayətinə arxalananın gələcəkdə heç bir nigarançılığı yoxdur. Çünki Allahı hər şeyin maliki bilir. Görəsən, öz gələcəyi üçün nigaran olan kəs haradan bilir ki, gələcəyi var, ya yox?!

İslam və dini mə᾽rifət insana bu gün boynuna düşən vəzifəsini yerinə yetirməyi hökm edir. Çünki mə᾽lum deyildir ki, bir saat sonra varıq, ya yox.

Diqqət etməliyik ki, dünya və onun ləzzətlərinin nigarançılığını çəkmək məzəmmət edilmişdir. Bundan qeyri halda, insan bu günkü vəzifəsinə əməl edər və gələcəkdə ehtimal verdiyi vəzifələri üçün də proqram nəzərdə tutarsa, bu iş nəinki pis deyil, əksinə, insanın vəzifələrindən sayılır. Baxmayaraq ki, hər təklif və vəzifə xüsusi gün üçündür və öz vaxtında vacib olur. Bu gün namaz qılmaq vacibdir və sabahkı namaz üçün heç bir məs᾽uliyyət daşımırıq. İndi əgər səhərə sağ çıxsaq, vacibdir ki, o günün namazını da qılaq. Eləcə də, digər vəzifə və təkliflərin hər biri özünəməxsus bir zamanda bizə vacib olur və o andan öncə, həmin vəzifə qarşısında məs᾽uliyyət daşımırıq. Deməli, zahidin öz gələcəyindən nigaran olması, sabah başına bir iş gələcəyindən, dünyasının axırının necə olacağından qorxması yersizdir. Lakin yəqin şəkildə bilinən gələcəyə, axirətin son gününə görə nigaran olmağa dəyər. Çünki qiyamətin gələcəyi gündən qaçıb qurtulmaq olmaz. Axirətin əlindən çıxıb qaçmaq mümkün olsaydı, bə᾽ziləri çox sevinərdilər, lakin o gün Allahın hökmü qətidir. Allah buyurur:

«Ey iman gətirənlər! Qorxun Allahdan. Hər kəs baxıb görsün sabahkı gününə özü üçün nə hazırlamışdır. Qorxun Allahdan. Tutduğunuz işlərdən xəbərdardır O»1.

Rəsuləllah (s) hədisin davamında mal-dövlət toplamaqdan çəkinmək haqqında Allahın ona verdiyi göstərişə işarə edərək buyurur:

«Ey Əbuzər! Allah mənə mal-dövlət toplamağı vəhy etməyib, lakin vəhy edib ki, Allahın ne᾽mətlərinin şükrü olaraq Ona «Həmd edim, Onu anım və səcdə edənlərdən olum! Və ölənə qədər Rəbbimə ibadət edim»2.

Əgər sərvət toplamaq insanın kamal və səadətinə səbəb olan bir şey olsaydı, Allah Peyğəmbərə (s) mal-dövlət yığmağı tapşırardı. Lakin Allah-təalanın belə bir tapşırığı olmayıb. Əksinə, ona buyurur:

«Ölüm ayağına qədər Allaha təsbih deyib, ibadət və dua et».

Allaha ibadət və bəndəliyin müxtəlif göstəriciləri vardır: hərdən ibadət vacib və müstəhəb olan fərdi ibadətlərə aid olur və hərdən də, cəmiyyətə xidmət, elm öyrənib-öyrətmək, İslam mədəniyyətini yaymaq və nəhayətdə, insanın məs᾽uliyyət daşıdığı hər bir şeyə şamil olur.


PEYĞƏMBƏRİN (S) HƏYAT YOLUNA BİR BAXIŞ


Peyğəmbərin (s) yolunu özlərinə nümunəvi rəftar qaydası seçmiş insanlar çalışmalıdırlar ki, imkan daxilində davranışları o həzrətin rəftarına oxşasın. Bu cəhətinə görə də, Rəsuləllah (s) sonrakı bəyanında özünün bə`zi əxlaqi xüsusiyyətlərinə işarə edib buyurur:

«Ey Əbuzər! Mən cod libas geyinirəm, yerdə otururam, yeməkdən sonra barmaqlarımı yalayıram, yüyənsiz ulağa minirəm və başqasını da tərikimə alıram. Mənim tutduğum davranış qaydasından çıxan, məndən deyil».

Peyğəmbər (s) təkvində təsərrüf etmək qüdrətilə dünyanı öz ixtiyarına ala biləcəyi halda, onun imkanlarından ilkin zəruri ehtiyacları həddində istifadə edir. Daha əvvəl Peyğəmbər (s) buyurmuşdur:

«Cəbrayıl (ə) dünyanın xəzinələrini mənim ixtiyarımda qoydu. Amma mən qəbul etməyib, imtina etdim».

Bu bölümdə Rəsuləllah (s) özünün qənaətcil olduğunu, ictimai mövqeyini, sadə yaşayışını bəyan edir.

Peyğəmbərin (s) həyat yolu, yaradılmışların ən üstünü və vəhyin elçisi olması e᾿tibarilə, həmişə müsəlman və qeyri-müsəlmanlar tərəfindən diqqət mərkəzində olmuşdur. Onun ictimai baxışları, rəftar və mə᾽nəvi halını bütün təfərrüatı ilə öyrənməyə çalışmışlar. Bu səbəbdən, Peyğəmbərin (s) rəftarının xırdalıqları Əhli-beyt (ə), səhabə və digərlərinin dilindən nəql edilmişdir. Əlavə olaraq, Rəsuləllahın (s) özü də həyatının bə᾽zi anlarını bəyan etmişdir. Bu bölümdə o Həzrət özünün həyat yolunun bə᾽zi xüsusiyyətlərinə işarə edir və bununla, öz davamçılarına gediləcək yolun ən nümunəvi şəklini təqdim edir. Həzrət (s) buyurur:

«Mənim libasım cod parçadandır. Yumşaq parçadan tikilmiş libas geyinmirəm ki, rahat olam. Adi yerdə otururam, qiymətli, zər-zibalı xalılar üstündə əyləşmirəm».

Yemək yeyəndə Həzrət (s) əlləri ilə loğmanı götürər və əlavə olaraq, yeməkdən sonra barmaqlarını da yalayardı. Yüyənsiz-palansız ulağa minər və başqalarını da xahiş etdikdə, tərikinə alardı.

Bu bəyandan o Həzrətin (s) həddən artıq təvazö`kar və xalis bəndə olduğu üzə çıxır. Təəccüblü burasıdır ki, Həzrətin (s) yaşadığı mühitdə təkəbbürlük, əşrafiyyət öz həddini aşmışdı. Kimsə kimsəni bəyənmir, hər kəs digərinə yuxarıdan aşağı baxırdı. Peyğəmbər (s) isə yüyənsiz-palansız ulağa minməklə yanaşı, üstəlik başqasını da öz tərikinə alırdı.

Bunun müqabilində, onun davamçıları iddiasında olan bizlər belə düşünürük ki, yaxşı paltar geyək, yeməklərin ləzzətlisini yeyək. Bir sözlə, rahat və asudə həyat keçirək. Ürəyimiz istəyir ən son model maşını alaq və cürbəcür bəzəklərlə ona zinət verək.

Əlbəttə, bunu da qeyd etməliyik ki, hal-hazırkı dövranda camaatın o zamankı həyat tərzi ilə yaşamaları mümkün deyil. Çünki hər zamanın iqtisadi vəziyyəti və yaşayış səthi başqa zamanla fərq edir. Elmin və texnologiyanın inkişafı ilə yanaşı, xalqın həyat şəraiti də tərəqqi etmişdir. Zəruri olan şey, İslamın qaçılmaz üsul və qanunlarına riayət etməkdir. Hər zamana uyğun olaraq, insanların həyat və məişətində tələb olunan ehtiyaclar nəzərə alınmalıdır. Lakin zamanın tə᾽yin və zəruri etdiyi hədləri aşmaqdan - israfdan, artıqtamahlıqdan, təkəbbürdən pərhiz edilməlidir.

ON ALTINCI DƏRS


Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin