AxiRƏt azuqəSİ


TƏQVALI OLMAQ, RİYA VƏ NİFAQDAN DÖNMƏK



Yüklə 6,59 Mb.
səhifə27/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

TƏQVALI OLMAQ, RİYA VƏ NİFAQDAN DÖNMƏK


Peyğəmbəri-əkrəm (s) Əbuzərə riyadan çəkinməyi tövsiyə edərək buyurur:

«Ey Əbuzər! Allahdan qorx! Sənə hörmət etsinlər deyə, insanlara özünü yalandan Allahdan qorxmuş kimi göstərmə. Üzdə təqvalı olub, ürəyində günah iş fikirləşənlərdən olma».

Riyanın həqiqəti budur ki, insan zahirdə, özünü batində olduğundan yaxşı göstərməyə çalışır. Üzdə göstərdiyi batində olduğunun əksinədir. Rəvayətlərdən riya istilahi olaraq gizli şirk mə᾽nasında qəbul edilir və riyakarı «müşrik» adlandırırlar.

Allahın insana mərhəmət qıldığı geniş rəhmətlərdən biri də, onların eyiblərini örtməsi və günahlarını gizli saxlamasıdır. Buna görə də, Allahın məşhur adlarından biri, «Səttarəl-uyub»dur (eyibləri örtən). Doğrudan da, əgər insanların pislikləri faş olsaydı və bir-birinin eyiblərindən xəbərdar olsaydılar, yaşamaq onlar üçün cansıxıcı olardı. Bu səbəbdən də eyiblərin örtülü saxlanılması, Allah tərəfindən böyük ne᾽mət sayılır və onun şükrü vacibdir. Əli (ə) buyurur: «Bir-birinizin gizli eyiblərini bilsəydiniz, heç biriniz digərini torpağa basdırmazdı».

Allah mö᾽minlərin günahı üzərinə pərdə çəkdiyi kimi, başqalarına da günahlarını faş etməyə icazə vermir. Allah nə özü mö᾽minin abrını aparır, nə də icazə verir özü öz abrını aparsın. Buna görə də, mö᾽minin öz günahını başqasına deməyə haqqı yoxdur. Rəvayətlərin birində göstərilir ki, Allah mö᾽minə özünü zəlil edib alçaltmasına icazə vermir. Təbii ki, günahdan böyük alçaqlıq ola bilməz. Bu səbəbdən də, mö᾽min günaha batanda Allah onun üstünə pərdə çəkir və onun özünə də pərdəni qaldırmağa icazə vermir, ona tövbə etməyə fürsət verir.

Əlbəttə, bu ümumi bir qanun deyil, çünki hərdən Allah-təala öz hikmətinə əsaslanaraq, insanların tənbihi üçün onların bə᾽zi günahlarını faş edir. Bə᾽zi sirlərin üstünün açılması da, onların tərbiyəsi üçün bir vasitədir. Yə᾽ni insana nə qədər xəbərdarlıq olursa, onu öz pis əməllərinə görə nə qədər qorxudursansa, tənbih olunmur. Belə olan halda onu tərbiyə etməyin ən yaxşı yollarından biri budur ki, günahının qarşısı alınsın deyə, azacıq abrını aparasan. Əlbəttə, bu təkvini bir iş olub, Allaha və Onun tədbirinə aiddir. Tərbiyə etmək bəhanəsilə kimsənin abrını aparmağa Allahdan başqa heç kimin haqqı yoxdur.

Buna görə də, İslam nəzəri ilə kimsənin öz və ya başqasının abrını aparmağa ixtiyarı yoxdur. Özünün və başqalarının eyibini örtülü saxlamaq bütün mö᾽minlərin vəzifəsidir.

Bə᾽zən günahı faş etmək, o günahı törətməkdən daha pisdir və adamın öz günahını ifşa etməsi fəsadı yaymağın bariz nümunələrindən hesab olunur:

«Mö᾽minlərin arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!»1.

Günahın ifşası kimi, riyakarlıq da alçaq və ləyaqətsiz bir işdir. Riyakarlıq odur ki, insan özünü həqiqətdə olduğundan yaxşı göstərməyə çalışır. Günah əhli olmasına baxmayaraq, özünü elə göstərir ki, guya insanların ən təqvalısı budur. Özünü Allah adamı, mö᾽min kimi qələmə verməklə camaatın ona ehtiram gözü ilə baxmasını istəyir.

Şəddad bin Övs və İbadə bin Samit nəql edirlər ki, həzrət Peyğəmbər (s) bu ayənin -«…Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!»2 izahında buyurdu: «Özünü göstərmək və riyakarlıq xatirinə namaz qılıb, oruc tutan şəxs şirk etmişdir»3.

NİYYƏT VƏ ONUN ƏMƏLİN ÖLÇÜSÜNDƏKİ ROLU


«Ey Əbuzər! Hər bir işi görəndə, hətta yeyəndə və yatanda belə, niyyətin olsun».

Tərbiyəvi baxımdan bu mətləbin xatırlanması, olduqca əhəmiyyətlidir. Əlavə olaraq, bu mətləb geniş bəhsə ehtiyacı olan mühüm elmi, fəlsəfi əsasa söykənir. İnsanın gördüyü hər bir işin dəyəri, hətta Allaha ibadəti onun niyyətinə bağlıdır. İki fərqli niyyətlə görülmüş bir işin dəyərləndirilməsi də fərqlidir. Bir kəs dostu tərəfindən qonaq çağırılır, əgər dostunun də᾽vətini qəbul edib onun evinə getsə, çox yaxşı və ləyaqətli bir iş görmüşdür. Lakin əgər bu getmək Allaha yaxınlaşmaq qəsdi ilə olmuş olsa, yə᾽ni Allahın, mö᾽minlərin bir-birinin də᾽vətini qəbul etməsini sevdiyini nəzərdə tutaraq dostunun evinə getsə, onun bu əməli ibadət hesab olunur və bu savab baxımından da, bu niyyətlə olan gedişi birincidən qat-qat üstündür. Və ya müstəhəb oruc tutubdur və dostu onu nahara də᾽vət edir. Allahı sevindirmək niyyəti ilə orucunu sındırıb də᾽vəti qəbul etsə, bu əməli ibadət sayılır və savabı da tutduğu müstəhəb orucdan daha çoxdur. Lakin əgər də᾽vəti yeməkdən xoşu gəldiyi üçün qəbul etsə, könlündən keçən yemək olduğu üçün orucunu sındırsa, bu əməlin heç bir savabı olmayacaqdır. Çünki əməli Allah xatirinə görmür. Deməli, həmin yemək yeməyin özü Allah xatirinə olsa, savab və mükafata layiq və insanın kamala yetməsində dəyərli rola malikdir. Belə olan təqdirdə, insan özünün bütün gündəlik işlərinə - yatmaqdan, yeməkdən, baxmaqdan, hətta zarafat etməkdən tutmuş namaz, oruc kimi əməllərə qədər - ibadət rəngi verə bilər. Bu o halda mümkündür ki, insan bu işləri Allah rizası üçün görmüş olsun.

Böyük şəxsiyyətlərdən bə᾽ziləri bir iş görmək istəyəndə əvvəl dayanıb fikirləşər, bu işdə niyyətlərinin Allaha görə olduğuna əmin olduqdan sonra həmin işi görərdilər. Yaxud onlardan bir sual edildikdə o dəqiqə cavab verməzdilər, azacıq fasilə verib qəlbi niyyətlərinə nəzər salar, niyyətlərini müəyyənləşdirib Allaha xatir etdikdən sonra cavab verərdilər. Bu məsələ onu göstərir ki, mö᾽min elə zirək və fərasətli ola bilər ki, ömrünün hər anından, hər dəqiqəsindən Allah rizasını qazanmaq üçün istifadə edə bilər.

Deməli, ən sadə və gündəlik işlərdə də düzgün niyyət etməklə insan həm ləzzət ala bilər, həm də ibadət etmiş olar. Həm dünya və həm də axirət ləzzətləri əldə etmiş olar. Belə hallarda dünya ilə axirəti bir araya gətirmək mümkündür. Dünya və axirət o halda cəm olmur ki, aralarında təzad olmuş olsun; məsələn, haram və vacib kimi əməllər ki, heç bir vaxt bir araya sığmırlar. Lakin mübah işin əncamında ilahi niyyəti nəzərdə tutmuş olsa, həm dünyəvi ləzzəti əldə etmiş olacaq, həm də ona savab əta ediləcəkdir.

Əlbəttə, qürbət qəsdi və ilahi niyyətin müxtəlif dərəcələri vardır. O cümlədən, günahdan uzaqlaşmaq və Allahın istəkləri ilə müxalifət etməmək üçün qərara gəlmək o dərəcələrdən biridir.

Rəhmətlik Əllamə Təbatəbai nəql edir ki, həzrət Əli (ə) gecənin nafiləsini qılmaq üçün yuxudan oyananda, cismi gümrahlığı və ibadətə hazır olması üçün soyuq su ilə qüsl alardı.

Təbiidir ki, Əli (ə) kimi bir şəxsiyyət səhərdən axşama qədər ya müharibədə iştirak edirdi, ya da əkin əkib, yer belləyirdi. Əlavə olaraq beş yüz, ya min rükət namazdan sonra çox yorğun olur və gecə yarısı namaz qılmaq üçün qalxanda kifayət qədər gümrah olmurdu. Buna görə də, yorğunluğunu və əzginliyini də᾽f edə bilmək üçün qalxıb soyuq su ilə yuyunurdu. Bu, onun qüvvəsini və ruhiyyəsini artırırdı.

ON SƏKKİZİNCİ DƏRS


Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin