AxiRƏt azuqəSİ


DİL VƏ QƏLBLƏ OLAN ZİKRİN BAĞLILIĞI



Yüklə 6,59 Mb.
səhifə29/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

DİL VƏ QƏLBLƏ OLAN ZİKRİN BAĞLILIĞI


Yaxşı olardı ki, dillə olan zikrin qəlbi diqqətlə əlaqəsi barədə daha artıq izah verilsin. Həmçinin, aydınlaşdırılsın ki, nə üçün zikr barəsində bir belə tə᾽kidlər, tapşırıqlar verilir, hətta zikrin namaz üçün hədəf olduğu göstərilir. Zikrin insanın həyatında, onun səadət və təkamülündə nə kimi əsaslı rolu vardır? Məgər zikr deməyənlərin, Allahla qəlbi bağlılıq yaratmayanların həyatda nələri əskikdir, zikri söyləsən nə olacaq, söyləməsən nə olacaq?

Söhbət etdiyimiz zaman bir kəlməni dilimizə gətirməmişdən öncə, həmin kəlmənin mə᾽nasını ürəyimizdən keçirir və zehnimizdə onun mə᾽nasını təsəvvür etmiş oluruq. Söhbət əsnasında məqsədimiz budur ki, həmin mə᾽nanı qarşı tərəfə çatdıraq. Adətən, biz ona görə danışırıq ki, başqalarına anlatmaq istədiyimiz nəzərimiz, məqsədimiz vardır. Düzdür ki, bə᾽zən danışıqdan, söz söyləməkdən məqsəd, mə᾽nanın üzə çıxarılması deyil, nəzərdə tutulan xüsusi psixoloji vəziyyət və ya təlqin olur.

Psixoloqların bu işlə əlaqədar üzərində tə᾽kid etdikləri məsələlərdən biri də, təlqindir. Əlbəttə, bu işin qənaətbəxş olması üçün xüsusi kəlmələr və qayda-qanunlar nəzərdə tutulur. Məsələn deyilir: «Xəlvət bir yerdə oturun, müəyyən həddə qədər səsinizi ucaldın və neçə dəfə filan cümləni təkrar edin ki, bununla da sizin ruhunuza tə᾽sir göstərsin». Bunlar müstəsna hallardır, əksər hallarda insan söhbət edərkən, öncə söylədiyi sözün mə᾽nasını təsəvvür edir və sonra həmin mə᾽nanı münasib sözlərin, cümlənin qəlibində qarşı tərəfə çatdırır. Aqil insan heç vaxt düşünmədən bir mə᾽nanı, məfhumu nəzərdə tutmadan öncə danışmaz, çünki hər bir söz, bir mə᾽nanın daşıyıcısıdır.

«Təsbihati-ərbə᾽ə» kimi dillə olan zikrləri söyləyərkən məqsəd, zehnimizdə nəzərdə tutulan mə᾽nanı heç də Allaha və ya mələklərə çatdırmaq, dialoq yaratmaq və söhbət etmək deyil, istədiyimiz həmin mə᾽nanın öz ruhumuzda tə᾽sir qoymasıdır. Deməli, tə᾽sir mə᾽nadan yaranır və sözün zahiri ancaq vasitə rolunu oynayır.

Biz «Allahu Əkbər» deyəndə və bu zikri müqəddəs əməl olaraq nəzərdə tutanda, hədəfimiz həmin zikrin mə᾽nasının insan ruhuna, onun səadətinə göstərə biləcəyi tə᾽siridir. Adi sözün və hərflərin mə᾽nası nəzərdə tutulmazsa, boğazdan çıxan səsdən başqa bir şey deyillər və heç bir tə᾽sir də bağışlamırlar. Bu cəhətinə görə də, zikr üçün mə᾽nası olan kəlam nəzərdə tutulur.

Nəticədə görürük ki, dillə olan zikri deməzdən əvvəl, insanda Allahı yad etmənin ən kiçik dərəcəsi, ən aşağı nüzul mərtəbəsi vücuda gəlir və bundan sonra Allahı yad etmənin ali mərtəbəsi yaranır. İnsan zikr deyəndə, ilk növbədə Allah yadına düşür; (Belə olmazsa, yə᾽ni ümumiyyətlə Allahdan qafil olarsa, zikr söyləmək məqamına da nail ola bilməz). İnsan zikr söyləyərkən nə qədər diqqətsiz olsa belə, zikrdən qabaq diqqəti Allaha yönəlir, sonra zikrə başlayır. Deməli, zikri söyləməzdən əvvəl bizdə Allahı anmanın müəyyən bir dərəcəsi olur.


DİLLƏ OLAN ZİKRİN İKİ FAYDASI


Dillə olan zikrin ilk hədəf və faydası budur ki, insanın diqqətinin müqəddəs varlıqda təmərküzləşə bilməsi üçün insanda mövcud olan Allahı anmanın zəif dərəcəsini gücləndirir.

Başlanğıcda Allaha diqqəti qaranlıq və ya pərakəndədir, amma dillə olan zikri söyləməklə, xüsusilə namaz qılanda həmin diqqət təmərküz tapıb, güclənir və Allaha sarı istiqamət alır. Bu dillə olan zikr üçün təsvir oluna biləcək faydalardan biridir.

Dillə olan zikrin başqa bir faydası da budur ki, əgər ləfzi zikri söyləməklə zəif diqqət güclənmirsə, ən azı sabit qalır və tamamilə məhv olmur.

İnsanın daşıdığı hallar, o cümlədən Allahı yad etməsi daim dəyişkəndir və zavala uğramaq təhlükəsi ilə üzləşə bilər. Bu səbəbdən Allahı anmaq yadımızdan çıxmasın deyə, qəlbi və ruhi diqqətin davamlı olması üçün dillə olan zikrdən kömək almalıyıq. Beləliklə, zikr üçün iki hədəf və faydanı göstərmək olar və əlbəttə ki, birincinin faydası daha üstündür.

Hərdən də elə olur ki, zikri söyləmək adət halına keçir və yalnız dili tərpətməklə müəyyən sözləri tələffüz etməkdən başqa bir şey olmur. Necə ki, bə᾽zi adamlar bə᾽zi əməlləri və sözləri düşünmədən, adət etdikləri üçün edirlər. Belə adət halına keçmiş əməllərin icrasında insanlar o qədər də gördükləri işə diqqətli olmurlar. Bə᾽ziləri səhərdən axşama kimi əllərində təsbih çevirirlər, lakin bu adi adət halına keçmiş bir məşğuliyyətdir və heç bir faydası da yoxdur. Və ya bə᾽ziləri barmaqları ilə saqqallarına tumar çəkirlər və bu, adət halı aldığı üçün gördükləri işə o qədər də diqqət yetirmirlər. Dilin adət etdiyi işlər də, bə᾽zi uşaqların danışdıqları sözün mə᾽nasına diqqət yetirmədən əzbərlədikləri bir iki kəlməni adət olaraq elə hey söylədikləri kimidir.

Bizim əksəriyyətimiz də bə᾽zi dua və zikrləri adət etdiyimiz üçün oxuyuruq və azacıq da olsa, nə dediyimizin, nədən danışıldığının fərqinə varmırıq; buna görə də, qəlbimizdə heç bir tə᾽sir, dəyişiklik hiss etmirik.

Ola bilsin ki, əvvəldə bir işə diqqətlə başlayaq və hansısa zikri söyləyək. Məsələn, eşidirik ki, rəvayətlərin birində deyilir ki, həzrəti Zəhranın (ə) təsbihini və ya filan zikri söyləməyin nə qədər savabı vardır. Buna görə də, həmin təsbihi diqqətlə oxuyuruq. Lakin get-gedə diqqətimiz zəifləməyə başlayır. İş o yerə çatır ki, axırda sözlər adət halına keçdiyi üçün diqqət etmədən deyib keçirik. Əlbəttə «Allahu Əkbər», «La ilahə illəllah» kimi zikrlərin mə᾽nalarına diqqət etmədən də söyləmək puç və alçaq sözləri söyləməkdən daha yaxşıdır, lakin insanın ruhunda lazım olan tə᾽siri qoymayacaqdır.

Elələri də olub ki, Allaha heç e᾽tiqadları da olmayıb, lakin adət etdikləri üçün danışıq əsnasında tez-tez Allahın adını çəkir, Ona and içirdilər; çünki bu iş onların adət-ən᾽ənəsinə çevrilmişdir. Hətta əvvəllər öz kommunistlərimizdən bə᾽ziləri Allaha, dinə e᾽tiqadları olmamasına baxmayaraq, adət etdikləri üçün bir-birlərindən ayrılanda «Allah amanında» deyib ayrılırdılar. Onlar bu sözləri söyləyərkən, heç də onun mə᾽nasına diqqət yetirmirdilər. Elə biz müsəlmanlar da çox vaxt Allahın adını adət üzündən dilimizə gətiririk və onun mə᾽nasına o qədər də fikir vermirik.

Cahil, eləcə də İslamın əvvəllərində təzə müsəlmanlığı qəbul etmiş ərəblər arasında Allahın adını çəkmək adi hal idi. Hətta ən adi işlərdə də Allahın adını çəkirdilər. Küçədə bir iti və ya donuzu görəndə, nifrət əlaməti olaraq deyirdilər: «Allah səni öldürsün». Bu sözü söyləyərkən, heç də Allahın adına fikir vermirdilər. Bu adi adət idi və onlar heç də bu işi qəlbdən, e᾽tiqad bəsləyərək görmürdülər. Aydındır ki, bu sözləri bu şəkildə söyləmək, insana heç bir tə᾽sir bağışlamır və Allahı anmaq hesab olunmur.

Bu hədisdə Peyğəmbəri-əkrəm (s) Əbuzərə tapşırır: «Allahı yad etmək istəyəndə öncə Onun əzəmət və cəlalını təsəvvüründə canlandır. Həmişə yadında olsun, Allah bütün varlıq dünyasının yaradıcısıdır və hər şey Onun qüdrət əlindədir. Allah özü nəhayətsiz əzəmət və cəlal sahibi olduğu kimi, Onun adı da bir o qədər əzəmətli və cəlallıdır. Bu səbəbdən, Onu diqqət və əzəmətlə yad et. Allahın adını qəlbi hazırlıq və səmimiyyətlə yad edə bilməyin üçün öncə Onun əzəməti sənin ruh və qəlbində özünə yer tapmalıdır. Elə olmasın ki, cahil adamlar kimi dediyinin fərqində olmadan, dilin adət etdiyi üçün Allahı yad edəsən. İnsanın ruhuna tə᾽sir edən, qəlbin rahatlıq tapması və namazın hədəfi olmasına və insanın mə᾽nəvi yüksəlişinə səbəb olan, onun puç, maddi baxışlardan əl çəkib, əbədi axirət dünyası və tükənməz ne᾽mətlərə baxışını yönəldən, insan və Allah arasında qırılmaz əlaqə yaradan zikr o zikrdir ki, mə᾽nasına diqqət edilsin və Allahın hüzurunu nəzərdə tutaraq dilə gətirilsin. Bu həmin o zikrdir ki, Allah onun vəsfində buyurur:

«Mö᾽minlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunan zaman həmin ayələr onların imanlarını daha da artırar…»1.

Yaxşı olar ki, sonda Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) bə᾽zi səhabələrinin zikrə hansı diqqətlə yanaşdıqlarına nəzər yetirək: «Mən Məhəmmədin (s) səhabələrini gördüm, lakin sizlərdən heç birini onlar kimi görmürəm. Onlar səhər vaxtı üst-başları qubarlı, saçları dağınıq olardılar; çünki gecəni səhərə qədər səcdədə və namaz qılmaqda idilər. Hərdən alınlarını, hərdən də yanaqlarını torpağa qoyurdular. Qiyaməti yad edərkən, iztirabdan yanar köz kimi olardılar. Uzun səcdəyə qapılmaqdan alınları keçinin dizləri kimi döyənək olub, qabar bağlamışdı»1.



ON DOQQUZUNCU DƏRS


Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin