Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Türk milli mücadiləsinin bayraqlaşmış ismi Mehmet Akif Ərsoy



Yüklə 6,61 Mb.
səhifə54/76
tarix01.01.2022
ölçüsü6,61 Mb.
#103872
1   ...   50   51   52   53   54   55   56   57   ...   76
Mehmet Akif Ərsoy
3.11. Türk milli mücadiləsinin bayraqlaşmış ismi Mehmet Akif Ərsoy

Türk dünyasının minilliklərə bağlı müəzzəm keçmişindən günümüzə qədər bir çox dövlət adamı, şair, yazıçı və digər sənət adamları yetişmişdir. Ancaq bunlardan çox az bir qismi öz yaşadıqları dövrləri aşaraq nəsillərə işıq tuta, yol göstərə bilmişlər.Bu müstəsna şəxsiyyətlərdən biri də Türkiyə və İslamiyyətə sayğını, azad və bağımsız bir vətənə, azad bir millətə qovuşmanın həyəcanını Ruhunda yaşadan və bütün bunları əsərlərində əks etdirən məşhur Çanaqqala şəhidlərinin unudulmaz tərənnümçüsü, “İstiqlal marşı”nın ölməz müəllifi, Türk milləti və vətəninə sonsuz bağlılığı ilə tanınan, Türk Millətinin könlündə özünə əbədi bir taxt quran Mehmet Akif Ərsoydur.

Mehmet Akif Ərsoy 1873-cü ildə İstanbulda anadan olmuş, 4 yaşında ikən məktəbə getmiş, məhəllə məktəbini bitirdikdən sonra orta təhsilini Mülkiyyə məktəbində tamamlamışdır. Atası Tahir Əfəndi savadlı və mötəbər bir din adamı olduğu üçün İslam fəlsəfəsini və Ərəb dilini Mehmet Akif ondan öyrənmiş, atasının vəfatından sonra təhsilini yarımçıq qoymamış, İstanbul Baytarlıq məktəbinə daxil olmuş, oranı yüksək qiymətlərlə bitirərək Ziraət Nəzarəti idarəsində məmur kimi çalışmışdır. O, bir müddət Rum, Anadolu, Ərəbistan, Ədirnə, Adana və s. yerlərdə işlədikdən sonra İstanbula qayıdaraq Vilayət Baytarlıq mərkəzində direktor müavini vəzifəsində çalışmış, 1908-ci ildə isə İstanbul Universitetinin Ümumi ədəbiyyat şöbəsinə müdir təyin olunmuş, artıq ədəbiyyatla məşğul olmağa başlamışdı. Mükəmməl bildiyi Fransız dili vasitəsilə Avropa ədəbiyyatını, fəlsəfəsini öyrənən Mehmet Akif Şərqlə Qərbin mədəniyyətini müqayisə edərək Qərb ədəbiyyatının yaxşı cəhətlərinin Türkiyədə tətbiqinə çalışmışdı. O, Əşrəf Ədibin 1908-ci ildə çıxardığı “Sirəti-müstəqim” adlı məcmuədə fəal iştirak etmiş, 1908-ci ildə Türkiyədə baş vermiş inqilabi dəyişikliklərin təsiri ilə yazdığı əsərləri burada çap etdirmişdi. Bu yazıları mahiyyət etibarilə milli və İslami görüşləri əks etdirdiyindən Mehmet Akifə olan rəğbət durmadan artmışdı. (Seçmələr bizimdir – A.M. Bax: Elman Quliyev, Türkiyə Türk ədəbiyyatı (XIX-XX əsrlər), Bakı. 2003,səh.76).

1913-cü ildə Mehmet Akif ona təklif olunan rəsmi vəzifələrdən imtina edərək sərbəst həyat yaşamış, Mədinə və Misirə səyahət etmiş, 1914-cü ildə Türk – Alman dostluq əlaqələri ilə bağlı olaraq Berlinə göndərilmiş, İstiqlal Savaşı başlayan dövürdə İstanbula qayıtmış, Ankara və Anadolunun bir sıra şəhərlərində izdiham qarşısında alovlu nitqlər söyləmiş, xalqı düşmənlərə qarşı birliyə çağırmış, Türkiyə böyük Millət Məclisinə üzv seçilmişdi.

Milli və İslami duyğuları özündə birləşdirən Mehmet Akif millətinin və vətəninin tərəqqisinə çalışmış, Türklərə düşmənçilik edən Xristian birliyi ölkələrinin hər birinə öz əsərlərində dərin nifrətini bildirmiş, Türklərin mübariz əzmi qarşısında onların bir daha sınacaqlarına inanmış və bu inamı şeirlərində əks etdirmişdi:


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin