Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Bu daşındır deyərək Kəbəni diksəm başına



Yüklə 6,61 Mb.
səhifə57/76
tarix01.01.2022
ölçüsü6,61 Mb.
#103872
1   ...   53   54   55   56   57   58   59   60   ...   76
Bu daşındır deyərək Kəbəni diksəm başına,

Ruhumun vəhyini duysam da keçirsəm daşına,

Sənə Göy qübbəsi alsam da rida namıylə,

Qanayan ləhdinə çəksəm də bütün əcramiylə,

Mor bulutlarla açıq türbənə çatsam da tavan,

Yeddi qəndilli Süreyyanı uzatsam oradan,

Sən bu abidənin altında bürünmüş qanına,

Uzanırkən gecə mehtabı gətirsəm yanına,

Türbədarın kimi ta fəcrə qədər bəklətsəm,

Gündüzün ficr ilə avazəni ləbriz etsəm,

Tüllənən məğribi, axşamları sarsam yarana,

Yenə bir şey yapabildim deyəməm xatirinə.

... Ey şəhid oğlu Şəhid! İstəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor Peyğəmbər!
XX əsrin əvvəllərindən başlayaraq Xristian dünyasının birgə səyi nəticəsində Osmanlı Türk torpaqları bir-bir əldən çıxmaqda idi. Kipr Türkiyədən qoparılmış, Bolqarıstan, Serbistan istila edilmiş, Balkan müharibəsi başlamışdı. Bütün bunlar azmış kimi, Türkiyə I Dünya müharibəsinə cəlb edilmiş, vətən səmalarında qara buludlar dolanmaqda, vətən əldən getməkdə, xalqda bir ruh düşkünlüyü yaranmaqdaydı. Belə bir dövrdə Türk milləti Mustafa Kamal Paşa (Atatürk – A.M.) öndərliyində İstiqlal savaşına başlamış, İstiqlal savaşı bütün şiddəti ilə davam etməkdə idi. Belə bir dönəmdə Bursa Yunanlar tərəfindən işğal edilir. Mehmet Akif bu müsibətə “Bülbül” şeiri ilə matəm saxlayır:

Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin