2. AYİŞƏ VƏ ZEYD İBNİ SUHANİN MƏKTUBLAŞMASİ
İkincisi, Zeyd ibni Suhanın Ayişəyə yazdığı cavab məktubudur.
Səsəənin qardaşı və "tabeinin"29 tanınmış şəxsiyyətlərindən olan Zeyd ibni Suhan da Üveys Qərəni kimi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -i görüb ziyarət etməmiş, amma həzrət ona behişt müjdəsini vermişdir. O (Zeyd ibni Suhan) "Cəməl" müharibəsində Əliyyibni Əbitalib (əleyhissalam)-ı himayə etmiş və nakisin30 tərəfindən öldürülmüşdür.
Ayişə öz dəstəsi ilə Bəsrəyə çatanda, Zeyd ibni Suhana bir məktub yazdı. Bu məktubu cavabı ilə birlikdə İbni Əsirin "Kamil" kitabında (4-cü cild, səh.216) görmək olar. (Bu məktub "Qamusür-rical" və sair rical kitablarında da cüzi məzmun fərqi ilə nəql olunub). Həmin məktubu "Kamil"dən nəql edirik:
مِنْ عاَيِشَةَ اُمِّ الْمُؤْمِنِينَ حَبِيبَةِ رَسُولِ اللهِ(ص) اِليَ اْبنِهَا الْخاَلِصِ زَيدِ بْنِ صُوهاَنَ اَمّاَ بَعْدُ فَاِذاَ اَتاَكَ كِتابِي هذَاَ فَاَقْدِمْ فَانْصُرْناَ فَاِنْ لَمْ تَفْعَلْ فَحَذِّلِ النّاَسَ عَنْ عَلِيٍّ
"Allah Rəsulunun sevimlisi Ayişə Ümmül-möminindən onun sədaqətli övladı Zeyd ibni Suhana.
Ey Zeyd! Mənim məktubum sənə çatan kimi bizə kömək etmək üçün dayanmadan özünü bizə yetir. Əgər bizə kömək etmək fikrində olmasan, heç olmazsa camaatı Əlidən uzaqlaşdır, Kufədən bir nəfərin belə, ona kömək etmsinə qoyma." (Zeyd bu vaxt Kufədə idi.)
Dostları ilə paylaş: |