YERSİZ İDDİA VƏ RÜSVAYÇİLİQ
Müqatil bir dəfə xalqın toplantısında iddia edərək dedi: "Göyün altında, yerin üstündə olan hansı şey barəsində istəyirsinizsə soruşun, cavab verim." Elə bu vaxt bir nəfər ondan soruşdu: "Adəm peyğəmbər Həcc ehramından çıxdıqdan sonra onun başını kim qırxdı?" Müqatil onun cavabını verə bilməyib pərt oldu!
Amma bu rüsvayçılıqdan sonra, həmin iddianı başqa məclisdə təkrar etdi. Ondan soruşdular: "Qarışqanın həzm orqanları onun zəif bədəninin hansı hissəsində yerləşir?" O, bu dəfə də cavabsız qaldı.
Müqatil ibni Süleymanın tərcümeyi-halı Əllamə Şərəfüddin tərəfindən bəyan ediləndən sonra, onun "Təthir" ayəsinin Peyğəmbərin zövcələri barəsində nazil olması ilə əlaqədar dediyi sözlərdə də dəqiq mühakimə yürütmək çox asandır. Gərək burada Müqatilə deyək:
اي مگس عرصه سيمرغ نه جولانگه تست
عرض خود مي بري و زحمت ما مي دادي
Ay milçək! Sən ki, simürğün məqamında deyilsən
Bəs niyə öz abrını töküb, bizi də zəhmətə salırsan?!
Dostları ilə paylaş: |