3-ÜRVƏT İBNİ ZÜBEYR KİMDİR?
"Təthir" ayəsinin Peyğəmbərin zövcələri haqqında nazil olmasını sübut etmək üçün əl-ayağa düşən üçüncü şəxs Ürvət ibni Zübeyrdir. "Qamusür-rical" kitabında onun haqqında belə qeyd olunur:
"Ürəvət Əli barəsində açıq-aşkar şəkildə nalayiq sözlər deyirdi. O, (Müaviyə ilə) müharibəyə getmək məcburiyyətində qalan Əlini həmişə müharibənin əsl səbəbkarı kimi qələmə verir, ona iftira yağdırırdı. Həyasızlığı o həddə çatmışdı ki, yalandan rəvayət nəql edərək deyirdi ki, Ayişənin belə dediyini eşidib: "Mən Peyğəmbərin yanında idim. Abbas və Əli onun hüzuruna gəldilər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onları görən kimi, yavaşca mənə dedi: Bu iki nəfər öləndə İslam dinindən çıxmış olacaqlar!!"
Bəli, Ürvənin bu cür həyasızlığı onun iftiraçı və İmam Əli (əleyhissalam) ilə barışmaz düşmən olmasını, ona kinküdurət bəslədiyini və savadsızlığını göstərir. Əgər o, "Təthir" ayəsini özü bildiyi kimi təfsir etsə və ya başqalarına aid etsə, onda onun haqqında deyə bilərik ki, Quranın təlatümlü mərifət dəryasından bir damla olsun belə, ona nəsib olmaz ondan qalxan od şöləsi yalnız kin-küdurətdən qaynaqlanar hansısa bir şeyi nisbət versə, böhtan və iftiradan başqa şeydən irəli gəlməz.
Dostları ilə paylaş: |