"Görmürsünüzmü ki, Allah yerdə və göylərdə olanların hamısını sizin üçün ram etmişdir?!"10
Deməli, öz əql qüvvələrini məhv edən, yaxud onun üstünü xurafat və qövmi təəssüblərlə, şəhvət və cəhalət pərdələri ilə örtənlər Quranın ali-müqəddəs məramı ilə, yəni insanın əql qüvvəsini gücləndirmək və dünyanı onun ixtiyarında qoymaq kimi bir məqsədlə uyğunlaşa bilməzlər.
İslam dini cəmiyyətdə ləyaqətli insanlar yetişdirmək üçün bəşərin əql qüvvəsini inkişaf etdirməyə, gücləndirməyə səy göstərir və çalışır ki, insanların fikir, düşüncə və ideyaları əql mehvərində dövr etsin, onun yol göstərəni və hidayətçisi yalnız nur saçan əql çırağı olsun ki, ayrı-ayrı insanlar öz şəxsiyyətlərini itirməsin və millətlərinin bədbəxtliyə, fəlakətə düşməsinə səbəb olmasın.
Çox təəssüflə qeyd edirik ki, dünyanın bir çox ziyalıları, elm xadimləri, xüsusilə bəzi İslam alimləri əql qüvvəsinin nuru ilə xalqa çıraq olmaq əvəzinə hərislik, şöhrətpərəstlik, məqampərəstlik və ya müxtəlif təəssüblər və yersiz çarpışmaların təsiri altına düşərək, öz əql qüvvələrini şəhvət, paxıllıq və millətçilik kimi mənfi xislətlərə aludə edir, nəticədə əqlin hökmünə laqeyd qalır və ona ciddi əhəmiyyət vermirlər.
Bəşər tarixində Firon kimilərin əqlə əhəmiyyət verməməsinin, öz şəhvətlərini və nəfsani meyllərini əqldən irəli keçirmələrinin və elə bu şəkildə də xalqlara hökmranlıq etmələrinin əsas səbəbi onların xalqa "Allahlıq" etmək fikrində olmalarıdır.
Kitab əhlindən (məsihi və yəhudilərdən) olan alimlərin əql qüvvəsinə deyil, yersiz təəssüblərə uymalarının, özlərini bu təəssüblərin əsiri edib, əql qüvvələrini məhvə məhkum etmələrinin səbəbi bu idi ki, İslamın zühuru ilə onlar öz ağalıqlarını, rəyasətlərini əldən verirdilər. Bundan əlavə, Fironun hakimiyyəti dövründə, ərəblərin cahiliyyət dövründə və ya İslamın zühur etdiyi ilk dövrlərdə elmin intibahı, nurlu elm əsri gəlib çatmadığından şəhvəti əql, təəssübü həqiqət kürsüsündə oturtmaq, cəmiyyəti bir sıra ayinlərə və müxtəlif xurafatlara inandırmaq mümkün idi. Amma elmin inkişaf etdiyi indiki zamanda hamını aldatmaq qeyri-mümkündür. Amma bəzi mürtəce fikirli "alimlər" idrakın, həqiqətlərin üstünə qalın təəssüb pərdələri çəkmək istəyir, əqlin hökmünə, idraka tabe olmaq yerinə, əsassız və puç fikirlər irəli sürürlər. Görəsən qaranlıq və təəssüblü fikirlərlə bütün aləmə nur saçan həqiqət günəşini gizlətmək olarmı?! Heyrətdə qalmışam və bu cür yersiz, mənasız mübahisələrə məntiqi cavab verməyə heyfim gəlir!
Mən başa düşə bilmirəm ki, hansı əqli məntiq əsasında pisi yaxşıdan, fəzilətsiz və şəxsiyyətsiz adamı fəzilətli, şərəfli insandan üstün hesab etmək olar?!
اَلْحَمْدُ للهِ الَّذِِي قَدَّمَ الْمََفْضُولَ عَلَي الاَفْضَلِِ
"Həmd olsun o Allaha ki, məfzulu (fəzilətdə az olanı) ən fəzilətli şəxsdən qabağa keçirtdi!"11
Başa düşə bilmirik: görəsən bəziləri hansı əsasa görə zalım və cahilləri Allah yolunda cihad edən ədalətli isanlardan, həqiqi alimlərdən üstün hesab edirlər? Görəsən onlar bu nəticəni Qurana istinad edərək çıxarıblar, yoxsa əql qüvvələri əsasında bu cür mühakimə yürüdür?!
Qurani-Kərimdə belə buyurulur:
فَضَّلَ اللهُ الْمُجاَهِدِينَ عَلَي الْقاَعِدِينَ اَجْرًا عَظِيمًا
Dostları ilə paylaş: |